azadses.az » Siyasət » Türkiyə F-16-ları hələ də Azərbaycandadır? - AÇIQLAMA

Türkiyə F-16-ları hələ də Azərbaycandadır? - AÇIQLAMA

Qardaş Türkiyənin F-16-larının hələ də Azərbaycanda qalıb-qalmaması barədə sosial şəbəkələrdə müzakirələr gedir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev II Qarabağ savaşı zamanı Frans-24 kanalına verdiyi müsahibədə bu təyyarələrlə bağlı demişdi: “Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur.

Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”.

Eyni zamanda, ötən ilin sentyabrındakı Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən türk hərbçilərinin bir qisminin ölkəmizdə qaldığı da iddia olunur. Üstəlik, noyabrın 10-da II Qarabağ savaşını bitirən üçtərəfli anlaşmaya əsasən türk hərbçiləri Azərbaycana gəliblər.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu musavat.com-a açıqlamasında deyib ki, Türkiyə hərbi təyyarələri Azərbaycan ərazisini tərk etməyiblərsə və uzun müddət qalıblarsa, əslində faktiki olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin Azərbaycanda bir bazasının olduğunu söyləmək mümkündür:

“Bu, Azərbaycan üçün çox vacibdir. Bir yox, bir neçə bu cür hərbi baza ölkəmizdə olmalıdır. Bunun üçün müvafiq infrastruktur da var. Məsələn, Gəncə ola bilər. Eyni zamanda, keçmiş sovetlər birliyinin Abşeronda hərbi hava qüvvələri üçün bazası vardı. Bundan da istifadə etmək olar. Üstəlik, Silahlı Qüvvələrin hərbi bazasının olması da Azərbaycan üçün çox vacibdir. İndi Ağdamda Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayacaq, bu öz yerində. Bu, Dağlıq Qarabağda atəşkəsə nəzarət etməklə bağlı olacaq. Amma bununla yanaşı Qarabağ istiqamətində Türkiyənin hərbi bazasının olması vacibdir. Azərbaycan hərbçiləri ilə birlikdə nəzarət funksiyasını həyata keçirməsi lazımdır. Əlbəttə, Azərbaycanın güclü hərbi qarnizonu Kəlbəcər və Laçın istiqamətində olmalıdır. Türkiyə hərbçiləri ilə birlikdə bu funksiya həyata keçirilərsə, daha faydalı olar. Aydındır ki, Azərbaycan Ermənistanla bacarır və bunu müharibədə də sübut etdi. Amma qarşımızda Rusiya olanda çətinliklərlə üzləşirik. Bu çətinlikləri dəf etməyin ən doğru yolu, birincisi, Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirmək və möhkəmləndirməkdir. İkincisi isə, türk və azərbaycanlı hərbçilərin Qarabağda birgə fəaliyyət göstərməsidir. Bu, Rusiyanı müəyyən toqquşmalardan da çəkindirə bilər. Əslində təzyiq siyasətindən də şimal qonşumuzu çəkindirmək mümkündür. Biz bu amildən öz məqsədlərimiz üçün istifadə etməliyik. Türkiyə ilə hərbi ittifaqı gücləndirməyimiz olduqca vacib məqamdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?