azadses.az » Siyasət » "Azərbaycan bunu qəbul etmir və..." - QARABĞLA BAĞLI AÇIQLAMA

"Azərbaycan bunu qəbul etmir və..." - QARABĞLA BAĞLI AÇIQLAMA

"Müharibədən sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrini aradan qaldırmaq məqsədilə birgə bəyanat qəbul olundu. Burada Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması nəzərdə tutulurdu. Bu müddəa sülhməramlı qüvvələrin nəzarətində qalan ərazilərə də aid edilirdi. Ermənistan indiyə qədər 10 noyabr Bəyanatının bu müddəasını tam şəkildə yerinə yetirməkdən boyun qaçırır".

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Laçın nəzarət-buraxılış məntəqəsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, bəzi rəsmi şəxslər öz iştirakını ört-basdır etmək məqsədilə silahlı birləşmələri Ermənistanın nəzarətində olmayan birləşmələr kimi təqdim etməyə çalışırlar:

""Hərbi əsir" kateqoriyasına aidiyyəti olmayan saxlanılan şəxslərin qaytarılması problemi məhz bununla bağlıdır. Və həqiqətən də iki aylıq sülhdən sonra bu, nə hərbi əsirlərdir?

Hətta bu şəxslərin adi vətəndaşlar olduqlarını ehtimal etsək belə, o zaman Ermənistanın bu vətəndaşları Azərbaycan ərazisinə necə keçiblər, nəyə görə bizim xəbərimiz olmadan əcnəbi vətəndaşlar ərazimizə keçə bilirlər?

Hərəkətin azadlığı müvəqqəti əsaslarla və yalnız sülhməramlıların nəzarətində olan ərazilərdə yaşayan erməni milliyyətindən olan şəxslər üçün nəzərdə tutulur.

Rəsmi Moskva dövlət başçısı Putinin timsalında dəfələrlə etiraf edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu isə o deməkdir ki, suveren hüquqlar, o cümlədən əcnəbi vətəndaşların sərhəddən hərəkətinə nəzarəti Azərbaycanın səlahiyyətli şəxsləri həyata keçirməlidir. Sülhməramlıların bu prosesdə müvəqqəti iştirakına yol verilə bilər, lakin bu və ya digər əcnəbi vətəndaşın buraxılması qərarını Azərbaycan qəbul edir.

Bununla əlaqədar Lavrova xatırlatmaq yerinə düşərdi ki, sülhə məcburetmə əməliyyatlarından fərqli olaraq, sülhün dəstəklənməsi əməliyyatları onu qəbul edən ölkənin hər hansı suveren hüququnun məhdudlaşdırılmasını nəzərdə tutmur”.

T.Zülfüqarov bildirib ki, Ermənistanın rəsmi şəxslərinin sülhməramlıların nəzarət zonasında yaşayan erməni əhalisinin reinteqrasiyası prosesində tərəf kimi iştirak etmək niyyətlərindən xəbər verən birtərəfli bəyanatları Azərbaycan qəbul etmir və bunu suveren ölkənin daxili işlərinə müdaxilə etmək cəhdi kimi qiymətləndirir:

“Sülhməramlı qüvvələr müşahidə missiyasını suveren Azərbaycan Respublikasının ərazisində həyata keçirdiklərinə görə Sülhün Dəstəklənməsi Qüvvələrinin və monitorinq həyata keçirən qüvvələrin mandatının işlənilməsi və qəbul olunmasında Ermənistan nümayəndələrinin iştirakı yolverilməzdir və Azərbaycan tərəfindən qətiyyətlə rədd olunur.

Sülhü Dəstəkləyən Qüvvələrin dövlətlərarası sərhədlərin bərpası işində iştirak etməsi amili bunun üçün əsas ola bilməz, çünki erməni tərəfində Rusiya hərbçilərinin olması sərhədlərin mühafizəsi haqqında ikitərəfli Rusiya-Ermənistan razılaşmaları ilə tənzimlənir.

Sülhün Dəstəklənməsi Qüvvələrinin və müşahidə missiyasının mandatı sülh prosesinin tərəfdaşları qismində dəvət olunan Türkiyə və Rusiyanın iştirakı ilə danışıqların gedişində hazırlanmalı və həmin qüvvələri öz suveren ərazisində qəbul edən Azərbaycanla müvafiq razılaşma memorandumunun imzalanması nəticəsində qəbul olunmalıdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında görüş keçirilib
  2. Bakıda iki qardaş bıçaqlanıb
  3. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
  4. Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb
  5. FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  6. Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb - YENİLƏNİB
  7. Azərbaycanda 33 dərəcə isti qeydə alınıb
  8. Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb
  9. Çaylarda sululuq artıb
  10. Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb Ətraflı
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırki dövrdə təhsil prosesi olduqca mürəkkəbdir. Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib