azadses.az » Siyasət » "Ermənistanla böyük sülh müqaviləsi gözlənilir" - İBRAHİM NƏBİOĞLU

"Ermənistanla böyük sülh müqaviləsi gözlənilir" - İBRAHİM NƏBİOĞLU

“Bir müddət öncə Ayasofya ibadətə açılanda bir məqalə yazmışdım, adı da “Ayasfoya” idi. Həmin məqaləni yazanda gözümün önünə işğal altındakı torpaqlarımızı gətirmişdim. Bir gün bizim də Şuşa, Ağdam məscidində bayram namazı qılmağımızı arzu edirdim. Ağlıma da gəlməzdi ki, bu qədər tezliklə arzumuza çatarıq.  Biz böyük qələbə qazanmışıq. Bu qələbəyə gedən yolda şəhidlərimiz oldu, həmçinin böyük maddi və mənəvi zərər gördük. Amma bütün bunlar bir kəndin belə azad edilməsinə dəyərdi. Çünki uğrunda vuruşduğumuz torpaqların hər qarşı vətəndir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında tanınmış jurnalist İbrahim Nəbioğlu bildirib. O qeyd edib ki, qələbədən sonra yaşanan kiçik problemlər zamanla həllini tapacaq:

“Təbii ki, hər böyük qələbənin udanı və uduzanı olur. İndiki məqamda bu müharibədə udan və uduzan tərəflər məlumdur.  Bəzi problemlər də var. Bu məsələlər ayrılıqda üzərində dayanılmalı, müzakirə edilməlidir. Amma məsələyə geniş prizmadan baxmaq lazımdır. Bu, Allahın bir lütfi idi ki, Azərbaycan Türkiyənin siyasi və mənəvi dəstəyi ilə çox düzgün bir zamanda torpaqlarımızın işğaldan azad edilməsinə qərar verdi. Dünayda baş verən proseslər bizim lehimizə cəryan edirdi ki, Azərbaycan hökuməti də bundan səmərəli şəkildə istifadə etsin. Hesab edirəm ki, bunların fonunda Azərbaycan öz yolu ilə getdi və gedir də. Bizim yolumuz nədən ibarətdir? Bu, ilk növbədə Türkiyə ilə türk dünyasının birləşməyidir.  Şuşanın azad edilməsi nə qədər böyük bir hadisədirsə, Mehri dəhlizinin açılması da bir o qədər önəmlidir.

Bu dəhlizin açılması Azərbaycan və bütövlükdə türk dünyası üçün nə qədər lazımdırsa, ermənilər üçün on dəfə artıq lazımdır. Ermənistan dövlətinin, erməni xalqının mövcud olması üçün Mehri dəhlizi açılmalıdır. Onlar ağıllarını başlarına yığmalı, qonşularla normal münasibətlərin önəmini anlamalıdırlar. Başqa çıxış yolları yoxdur”.

İ.Nəbioğlu 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla gələcək münasibətlərdən, xüsusən nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasından da danışıb:

“Nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması bölgənin inkişafına böyük təkan verəcək. Xüsusilə insanların Qarabağ bölgəsinə köçməsinə təkan verəcək. Həmçinin, Türkiyənin şərq əyalətlərində biznes inkişaf edəcək. Sadəcə, xalqımız bir qədər səbrli olmalıdır, hadislərin sonrakı inkişafını gözləməlidir”.

İ.Nəbioğlu son günlər erməni mediasında iki ölkə rəhbərlərinin yeni sənəd imzalayacağı haqqında xəbərləri də şərh edib:

“Bilirsiniz ki, uzun müddət Türkiyədə konsul, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olmuşam. Türkiyənin siyasi və hərbi elitası ilə əlaqələrim var. Lakin mən belə bir sənədin hazırlanması haqda heç bir məlumata malik deyiləm. Amma bildiyim çox dəqiq bir məsələ var, 9 noyabrda imzalanan bəyanat atəşkəs anlaşmasıdır. Qarşıda bizi böyük sülh müqaviləsi gözləyir. Həmin sülh müqaviləsinə qədər nəqliyyat dəhlizləri açılacaq, iqtisadı əlaqələr qurulacaq, münasibətlərdə istiləşmə seziləcək. Lakin hamımız bilməliyik ki, istənilən sülh müqaviləsi tam şəkildə Azərbaycanın maraqlarına uyğun olacaq, çünki biz qalib tərəfik. Həmçinin, arxamızda Türkiyə kimi müttəfiqimiz, qardaş ölkə dayanıb. Hesab edirəm ki, Azərbaycan dövlətinin bu günə qədər apardığı siyasət təqdirəlayiqdir. Bundan sonra da narahatlığa əsas yoxdur”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  2. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  3. Nizami rayonunda motosiklet piyadanı vurub
  4. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  7. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  8. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  9. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  10. Qobustanda zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?