Ramiz Mehdiyev Leyla İmanovanı işdən çıxardı
- 4-03-2020, 17:35
- Siyasət

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Azadsəs-in məlumatına görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İclasda kadr məsələlərinə də baxılıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə edilib.