azadses.az » Siyasət » Qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın gücləndirilməsində Azərbaycanın rolu

Qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın gücləndirilməsində Azərbaycanın rolu

Bu gün Birləşmiş Millətlər Təşkilatı qlobal problemləri müzakirə etmək iqtidarında olan yeganə beynəlxalq təşkilatdır. COVİD-19 pandemiyası onu göstərdi ki, dünya ölkələrinin virusla mübarizəni təkbaşına milli səviyyədə təşkil etmələrinə baxmayaraq, beynəlxalq əməkdaşlıq, məsləhətləşmələr və qarşılıqlı dəstək vasitəsilə problemin daha az zərərlə həllinə nail olmaq mümkündür.

2020-ci ilin mart ayından Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər və düzgün maliyyə təminatı, eyni zamanda qabaqcıl ölkələr tərəfindən tətbiq olunan müsbət təcrübənin öyrənilməsi nəticəsində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi kimi pandemiya ilə mübarizənin idarə olunması üzrə nümunəvi model nümayiş etdirdi.

Bu gün dünyanın qlobal səhiyyə siyasətində əsas məsələ insanların bütün səhiyyə infrastrukturundan bərabər istifadə edə bilməsini və onların sağlamlığının qorunmasında tibb elminin təsdiq etdiyi dərmanlara, vaksinlərə və digər preperatlara əlçatanlığı təmin etməkdir.COVİD-19 pandemiyası ilə mübarizədə hələ ki, tövsiyə olunan yeganə üsul vaksinasiyadır. Lakin, təəssüflər olsun ki, dünya əhalisinin böyük əksəriyyəti, xüsusilə azgəlirli ölkələr vaksinlərin əldə olunmasında, onların ölkəyə idxal edilərək insanlara çatdırılmasında böyük çətinliklərlə üzləşirlər.

Beynəlxalq hesabatlara əsasən bu günə qədər dünyada istehsal olunan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb.

Hətta elə ölkələr də mövcuddur ki, onların vaksin təminatı bilərəkdən bir çox böyük dövlətlər tərəfindən siyasiləşdirilərək müəyyən şərtlər qarşılığında verilir. Bu da beynəlxalq konvensiyanın qaydalarına ziddir.

Bununla bağlı ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Baş katibi Antonio Qutereş vaksinlərin ədalətli bölgüsü ilə bağlı kəskin mesajlar ötürərək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə humanistliyini nümayiş etdirərək bu məsələyə dair ən mötəbər kürsülərdən bir sıra təşəbbüslərlə çıxış edərək fikirlər səsləndirib.

Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri olaraq Cənab Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupu yaradılaraq videokonfrans formatında Zirvə görüşü keçirildi. Həmçinin, regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında zəruri təşəbbüslə çıxış etdi və bunun nəticəsində 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyası keçirildi.

Onu da qeyd edim ki, belə zamanlarda milli diplomatiyamız da humanist məramları ilə seçilir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmiz tərəfindən Özbəkistan, Çin Xalq Respublikası, Ukrayna, İtaliya, Macarıstan, Bosniya və Herseqovina olmaqla 30-dan artıq dövlətə humanitar yardım göstərilib. Eyni zamanda Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü formada 5 milyon dollar həcmində ianə ayırıb.

Azərbaycan və onun lideri hər zaman ədalətin bərqərar olmasına çalışaraq beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində bərabərlik prinsipinə əsaslanan birgə qərarların qəbul olunması üçün bu gün də böyük əzmkarlıq və fəallıq nümayiş etdirməkdədir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib