azadses.az » Siyasət » Ermənistan niyə ATƏT-in Vyana konfransının keçirilməsinə mane oldu? - TƏHLİL

Ermənistan niyə ATƏT-in Vyana konfransının keçirilməsinə mane oldu? - TƏHLİL

29 iyun tarixində keçirilməli olan ATƏT-in illik Vyana Təhlükəsizlik Konfransı baş tutmadı.

Bu barədə Caliber.Az diplomatik mənbələrə istinadən xəbər tutub.

Hələ bir müddət əvvəl təşkilatın hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde konfransın uğursuzluqla nəticələnəcəyini anons etmişdi.

Onun sözlərinə görə, uğursuzluğun səbəbi ənənəvi olaraq ATƏT-in əsas tədbirlərindən biri sayılan forumun keçirilməsinə dair razılığın əldə edilməməsidir.

İsveç təşkilatın sədri olaraq Avropa ictimaiyyətinin konfransın keçirilməsi üçün əlindən gələni etdiyini bildirib.

Lakin bunun üçün faktiki olaraq forumun keçirilməsinə blok qoyan Ermənistanı razı salmaq lazım idi.

Ermənistanın bu forumun qarşısını almaq üçün öz veto imkanından istifadə etməsinin səbəbi nədir?

Bu suala cavab vermədən öncə xatırlayaq ki, martın sonunda İrəvan ATƏT-in illik büdcəsinin qəbul edilməsinə qarşı çıxıb və Ukraynadakı xüsusi monitorinq missiyasına əngəl olaraq təşkilatın fəaliyyətini sabotaj edib.

ATƏT-in rəhbərliyi və rəsmi Kiyev Ermənistanın açıq-aşkar Rusiyapərəst mövqeyindən narazılığını bildirdi. Əslində bu təəccüblü olmamalıydı. Belə ki, Qarabağ müharibəsində Ermənistanın sarsıdıcı məğlubiyyəti bu ölkəni onsuz da beynəlxalq münasibətlərdəki mövcud olan məhdud suverenlikdən də məhrum etdi.

Və indi də Ermənistan bir daha beynəlxalq oyunçu kimi özünün etibarsızlığını, Avropanın əsasını təşkil edən beynəlxalq hüququn əsas prinsipləri və normalarını rəhbər tutmaq istəmədiyini bir daha göstərdi.

İrəvan Vyana Təhlükəsizlik Konfransının keçirilməsini blok edərək, əslində aktual hərbi-siyasi problemlərin ATƏT platformasında əsaslı müzakirəsinə qarşı çıxdı.

Ermənistanın mövqeyinin əsas səbəbi bu konfrans vasitəsilə Azərbaycana ərazi iddialarından irəli gələn fikirlərinin Cənubi Qafqaz bölgəsinin bu günü və gələcəyi barədə təsəvvürlərinin mümkünsüzlüyünün dərk edilməsindən irəli gəlir. Yeni regional reallıqlar Qarabağın Ermənistan tərəfindən işğalının sona çatması və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə qeyd olunan 44 günlük müharibənin nəticələrinə əsaslanır.

Əgər əvvəlki illərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini idarə edən Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumavropa ictimaiyyətinin əsas dəstəyini ala bilməyibsə, münaqişə keçmişdə qaldıqdan sonra Vyana Konfransından nə gözləyirdi ki? Sözsüz ki, müharibəni uduzan Ermənistanın sona çatan münaqişə bölgəsindəki yeni geosiyasi gerçəyi inkar etməyə çalışdığını nəzərə alsaq, özünə təsəlli verəcəyi bir şey yoxdur.

Lakin İrəvanın bu cür cəhdləri tamamilə ümidsizdir və elə buna görə də Ermənistanın gücü ancaq nüfuzlu ATƏT konfransını əngəlləməyə çatır. Üstəlik, Avropada bu addıma görə İrəvanı çox danlamağa imkan verməyənlər həmişə tapılacaq. Əgər Ermənistan 30 il Azərbaycan ərazilərini işğal altında saxlaya bilirdisə, müqayisədə bu, heç də ciddi məsələ deyil...

Amma Ermənistan üçün problem ondan ibarətdir ki, hətta ATƏT kimi dünya nizamının əsas təsisatlarının fəaliyyətini əngəlləmək belə İrəvanın bu gününkü vəziyyətini asanlaşdırmır və daha yaxşı bir gələcəyi qurmağa kömək etmir. Maraqlıdır ki, ümumavropa birliyinin ən zəif həlqəsi adlandırıla bilən bir ölkə ATƏT çərçivəsində veto hüququndan istifadə etdi.

İrəvanda siyasi təsisatlarının iflic vəziyyətdə olduğunu nəzərə alsaq Vyana konfransını bloklamağa ümumiyyətlə kimin qərar verdiyi maraq doğurur. Axı Ermənistan Xarici İşlər Nazirliyində bir neçə həftədir nazir və müavinlər yoxdur.

Ümumiyyətə, beynəlxalq aləmdə imicinin çoxdan diplomatik cəhətdən düzgün tərifi tapılmaqda çətinlik çəkilən Ermənistana XİN başçısı və müavinlər lazımdırmı?
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?