azadses.az » Siyasət » Cənubdan gələn narkotik seli: Coğrafi təsadüf, yoxsa düşünülmüş müdaxilə? – TƏHLİL

Cənubdan gələn narkotik seli: Coğrafi təsadüf, yoxsa düşünülmüş müdaxilə? – TƏHLİL

Müstəqilliyimiz dövründə narkotik dövriyyəsi Azərbaycanda ən aktual problemlərdən birinə çevrilib. Bir çoxları bunu haqlı olaraq cənub sərhədlərimizin açılması ilə əlaqələndirir. Sirr deyil ki, ölkəyə əsas narkotik idxalçısı İran vətəndaşları və onlarla əlbir olanlardır.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, cari ilin ötən dövrü ərzində cənub sərhədində 681 kiloqram 356 qram narkotik və psixotrop maddə saxlanılıb. Bu rəqəmə sərhəd keçid məntəqələri və gömrük orqanları üzrə məlumatları da əlavə etsək, ortaya daha pis mənzərə çıxır.

Bəs İslam dövləti, şəriət qaydaları ilə yaşayan bir dövlət necə olub ki, böyük narkotik ixracatçısına çevrilib? İran bunun qarşısını ala bilmir, yoxsa bilərəkdən göz yumur?

Hələ onillər öncə sərhədlərin açılması Azərbaycan vətəndaşları üçün də İrana gediş-gəlişi asanlaşdırdı və bir çoxları bundan yararlandı. Cənuba gedən soydaşlarımız orada narkotiklərin ucuz və nisbətən əlçatan olmasından heyrətə düşdü.

Doğrudan da bu ölkədə heroin, morfin, tiryək (xaş-xaş) adlandırılan narkotik maddələr geniş yayılıb. Buna ilk növbədə İranın iqlimi və coğrafi vəziyyəti şərait yaradır. Burada opium laləsinin (xaş-xaş) bitməsi üçün təbii münbit şərait var. Yəqin bu və digər səbəblərə görə ölkə məşhur “Qızıl aypara” narkotik kəmərinə daxildir. Araşdırmalara görə, dünya heroin dövriyyəsinin dörddəbir hissəsi İrandan keçir – bu isə ildə təxminən 105-110 ton narkotik maddə anlamına gəlir. Dövlət rəsmiləri özləri də etiraf edirlər ki, bu rəqəmin ancaq bir faizini ələ keçirmək mümkün olur.

Bundan əlavə, ölkədə güclü təsirə malik olan narkotik - “tiryək” istifadəsi artıq çoxdan ənənəvi hal alıb. Taksilərdə, çayxanalarda və qəlyanxanalarda tiryək, demək olar ki, açıq təklif olunur. Şəhərlərdə 3-5 qram tiryək cəmi 1 dollara satılır. Adambaşına xaş-xaş istifadəsinə görə İran dünyada ilk yeri tutur. Təkcə Tehranda gündə 4 tona qədər tiryək istifadə olunur.

Son 10 il ərzində isə İranda metamfetamin psixotrop maddəsinin istifadəsi geniş vüsət tapıb. Rənginə və görünüşünə görə “şüşə”, “patı” kimi adlandırılan bu maddə sırf kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir və maya dəyəri qəpiklərlə ölçülə bilər.

İranda narkotiklərin yayılmasının ikinci səbəbi ölkədəki sosial vəziyyətin aşağı səviyyədə olmasıdır. Sanksiyalar və qeyri-effektiv idarəetmə bahalaşma, ərzaq çatışmazlığı və işsizliyə gətirib çıxarır. Molla rejiminin tətbiq etdiyi kütləvi qadağalar (məsələn, internet məhdudiyyəti) gənc nəslin ciddi narazılığına səbəb olur. Gələcəyinə ümidsiz baxan gənclər çarəni qanunsuz yollarda tapır.

Faktiki olaraq İran cəmiyyətində iki cür həyat tərzi mövcuddur: Birincisi, “vilayəti-i-faqih” qaydaları ilə (şəriətə əsaslanan siyasi idarəetmə forması), ikincisi - qanunlara riayət etmək pərdəsi altında, rejimin qadağalarından yan ötmək cəhdləri ilə. Bu isə öz növbəsində cəmiyyət səviyyəsində koqnitiv dissonans (psixoloji gərginlik) və ciddi sosial fəsadlara gətirib çıxarır.

Narkotiklərin geniş yayılmasının üçüncü böyük səbəbi ölkədə mövcud olan korrupsiya və hərc-mərclikdir. Yerli məmurlar və sahə müvəkkilləri hazırlanan əməliyyatlar haqqında narkomafiyanı əvvəlcədən xəbərdar edir və nəticədə hüquq-mühafizəçiləri istənilən nəticəni əldə edə bilmirlər. Bu da azmış kimi narkotik dövriyyəsinə yüksəkçinli məmurların himayədarlıq etdiyi bildirilir.

Xarici tədqiqatçıların fikrincə, hətta kəşfiyyat orqanları və SEPAH generallarının da bu işdə əli var. Belə olan təqdirdə Azərbaycana cənubdan gələn narkotik axının hara kökləndiyi aydın olur.
Narkotiklər İrandan tək Azərbaycana deyil, regionun digər ölkələrinə də istiqamətləndirilir. Narkotacirlərin son məqsədi Avropa və Rusiya bazarlarıdır. Çünki burada həm istifadəçi sayı, həm də narkotikin qiyməti daha böyükdür.

Narkotiklərin tranziti üçün isə “boz” zonalardan istifadə olunur ki, bunlardan biri də işğal olunmuş ərazilərimizdən keçirdi. Lakin Müzəffər ordumuz Azərbaycan-İran sərhədinə nəzarəti tam geri qaytardıqdan sonra narkotik dövriyyəsinin bu istiqaməti narkotacirlərin və onların himayədarlarının əlindən çıxdı.

Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında xatırladıb ki, Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib:

“Beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutu bağlanıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Narkokuryerlər sərhədin Cəlilabad, Yardımlı, Lerik, Astara rayonlarından keçən hissəsindən istifadə edərək Azərbaycana külli miqdarda narkotik keçirmək cəhdlərini davam edirlər. Onların qarşısını mərd sərhədçilərimiz alır, bəzən həyatları, canları bahasına.

Proseslərin İranın “yuxarı” dairələri tərəfindən idarə olunmasını sübut etmək çətin olsa da, bunun Azərbaycanın zəif olmasını istəyən xarici qüvvələr üçün əlverişli olduğu dəqiqdir. Narkotiklər, gizli fahişəlik hər zaman istənilən cəmiyyətə daxildən sarsıdıcı zərbələr endirir, onun mənəvi dəyərlərini parçalamağa yönəldilir.

Cənubla tarixi bağlarımız, milli, mədəni, dini birliyimiz nəzərə alınsa orada baş verən proseslərin bizə də təsiri qaçılmazdır. Odur ki, özümüzü qorumaq, təsir altına düşməmək, təsiredici qüvvəyə çevrilmək gərəkdir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  2. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  3. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  4. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  5. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  6. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  7. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  8. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  9. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
  10. Bəzi çaylarda sululuq artıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib