azadses.az » Siyasət » Dariuş Popek: “Avropa İttifaqı strukturlarına güvənmək özünü doğrultmur”

Dariuş Popek: “Avropa İttifaqı strukturlarına güvənmək özünü doğrultmur”

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutması ehtimal edilən görüşdə sərhədin delimitasiyası ilə bağlı vacib qərarın əldə oluna biləcəyi və ölkələr arasında sülh sazişinin imzalanacağı ilə bağlı mövzular artıq bir neçə aydır ki, müzakirə olunur.

Noyabrın birinci yarısında Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sammitinin keçiriləcəyi ehtimalı var. Bundan əvvəl isə ATƏT Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqların təşkilinə kömək etməyə hazır olduğunu bildirib.

Eyni zamanda məlumdur ki, 2022-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik Polşaya keçəcək. Bəs görəsən Varşava danışıqlar məkanına çevrilə bilərmi?

Polşanın Rzeszovski Universitetinin əməkdaşı, “Qafqaz: keçmiş, indi, gələcək” jurnalının baş redaktoru Dariuş Popek Oxu.Az-ın sualını cavablandırarkən qeyd edib ki, Polşa 2022-ci ildə ATƏT-ə sədrlik edəndən sonra Varşava çox güman ki, öz öhdəlikləri çərçivəsində danışıqların və görüşlərin keçirildiyi məkana çevrilə bilər.

“Polşa indiyədək Cənubi Qafqazın bütün ölkələri və Türkiyə ilə yaxşı münasibətlər saxlaması faktından istifadə edə bilər. Region dövlətləri arasında münasibətlərin normallaşması həm Polşanın, həm də bütövlükdə Avropa İttifaqının maraqlarına uyğundur, söhbət hələ hansısa yekun qərardan getmir. Polşanın mövqeyi müxtəlif forumlarda dəfələrlə qeyd olunduğu kimi ondan ibarətdir ki, indi silahlı qüvvələrin gücündən istifadədən imtina etmək lazımdır. Bu isə Azərbaycan və Ermənistanın siyasi yetkinliyinin və suverenliyinin göstəricisinə çevriləcək. Bu yanaşmanı nəzərə alsaq, Polşanın ATƏT-ə sədrlik etdiyi zaman bu istiqamətdə addımlar atması tamamilə mümkündür”, - deyə Dariuş Popek vurğulayıb.

- Bəs Avropa strukturları bəzi problemləri nə dərəcədə həll edə və ya həll etməyə köməklik edə bilərlər? Qarabağ münaqişəsi 30 ilə yaxın idi ki, həll edilməmiş qalırdı. ATƏT heç nə ilə yardım edə bilmirdi. Yeri gəlmişkən, Polşa Konstitusiya Məhkəməsi Polşa Konstitusiyasının Avropa İttifaqının qanunları üzərində üstünlüyü barədə qərar qəbul edib. Bu, Avropa İttifaqının əhəmiyyətini və onun təsirinin azaldığının göstəricisi ola bilərmi?

- Avropa İttifaqının həm siyasi, həm də iqtisadi təsir alətləri var, onların məqsədi təbii ki, həm daxili, həm də xarici məsələlərdə öz maraqlarını qorumaqdır. Eyni zamanda (Söhbət Polşadan gedir – red.) Aİ-nin tərkibində olan hər bir dövlət öz beynəlxalq məqsəd və hədəflərini güdə bilər. Amma mən düşünmürəm ki, bu, Avropa İttifaqının əhəmiyyətinin azalması deməkdir. Bəzi Aİ üzvlərinin öhdəsindən daha yaxşı, bəzilərinin isə daha pis gəldiyi struktur dəyişiklikləri prosesi gedir. Nəticədə, haradasa populist partiyaların rolu artır və nəticədə siyasi opponentlərlə qarşıdurma güclənir.

Bununla belə, mən əminəm ki, Aİ ilk növbədə iqtisadi bir birlik olaraq öz mövcudluğunu qoruyub saxlayacaq. Qeyd etmək istərdim ki, Cənubi Qafqaz regionu, bir tərəfdən, Avropa İttifaqı üçün xüsusi maraq kəsb etmir, o, periferik sayılır. Amma digər tərəfdən, Cənubi Qafqaz Rusiyaya alternativ enerji təchizatı mənbəyi kimi qəbul edilir. Həmçinin Avropa ilə Asiya arasında nəqliyyat və iqtisadi dəhlizlər də var. Bu kontekstdə, əlbəttə ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionda təhlükəsizliyin və sabitliyin qorunması vacibdir. Ancaq keçənilki müharibə göstərdi ki, sizin regionda əsas oyunçular Rusiya və Türkiyədir. Avropa İttifaqının, istəsə belə, Cənubi Qafqazdakı proseslərin fəal iştirakçısına çevrilmək şansı o qədər də çox deyil. Münaqişənin (Ermənistanla Azərbaycan arasında – red.) yekun həlli həmişə ilk növbədə Azərbaycan və Ermənistan hakimiyyətlərindən asılı olub və indi də asılıdır, lakin bu həll prosesi Rusiyanın, indi isə Türkiyənin təsiri altındadır.

Bölgənin coğrafiyası, onun siyasi və iqtisadi şərtləri bizə onu başa salır ki, Aİ strukturlarına güvənmək özünü doğrultmur. Belə bir istək yalnız tərəflərin hər birinin Avropanı öz nöqteyi-nəzərini qəbul etməyə inandırmaq ehtiyacından irəli gələ bilər. Məntiq ondan ibarətdir ki, qalib gələn tərəf əldə etdiyi üstünlüyü qoruyub saxlamağa hesablanmış addımlar atır, uduzan tərəf isə kənar təşkilatlardan və siyasi strukturlardan dəstək almağa çalışır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib