Elmar Məmmədyarov rusiyalı həmkarı ilə azərbaycanlıların sərhəddə toplaşmasını müzakirə etdi
- 19-05-2020, 13:51
- Siyasət
Mayın 19-da Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbəti baş tutub.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər Prezident İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər.
Tərəflər ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən, iqtisadi və ticarət əlaqələrinin, yükdaşımaların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriblər.
Elmar Məmmədyarov həmkarını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş ən son video-konfrans formatında görüşü barədə məlumatlandırıb.