Rusiya bir sıra xammal və məhsullarla ticarəti məhdudlaşdırır - VİDEO
Prezident Vladimir Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün xarici iqtisadi fəaliyyət sahəsində xüsusi tədbirlər haqqında fərman imzalayıb.
Dövlət başçısı ilin sonuna kimi bəzi məhsulların və xammalın ölkədən kənara çıxarılmasına qadağa qoyulması və onların siyahısının hökumət tərəfindən müəyyən edilməsilə bağlı göstəriş verib.
Fərmana əsasən, məhdudiyyətlər rusiyalıların, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsi ehtiyacları üçün ölkəyə idxal və ya ölkədən çıxaracaqları mal və xammala təsir etməyəcək.
Prezident həmçinin hökumətə bir gün ərzində bu malların ixracının qadağan olunacağı xarici dövlətlərin siyahılarını müəyyən etməyi tapşırıb.