Paşinyan Rusiyaya səfər edəcək
- 10-03-2022, 13:54
- Siyasət

“Azadsəs.az” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan açıqlayıb.
“Biz bu səfərin hazırlıq mərhələsindəyik. Bu görüşün yüksək səviyyədə baş tutması üçün hər şeyi etmək lazımdır”, - deyə Paşinyan söyləyib.
“Novosti-Armeniya” nəşrinin məlumatına görə, görüşə hazırlıq işləri aparılsa da, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə müzakirə olunacaq məsələlərin mahiyyəti açıqlanmır.