azadses.az » Siyasət » Rusiya nəşri Paşinyanın hitlerçi babasından yazdı

Rusiya nəşri Paşinyanın hitlerçi babasından yazdı

Mayın 8-də Qələbə Günü ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanı sosial şəbəkələrin digər istifadəçiləri kimi öz babasının şəklini paylaşıb və qısa şərh yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanların əbədi xatirəsinə”.
Qısa müddət sonra bu şəklin altına baş nazirin babasının satqın olduğu, Qaregin Njdenin SS erməni legionuna daxil olduğu və Şərq cəbhəsində həlak olduğu barədə şərhlər yazılıb.
Azad Səs-in məlumatına görə, bu barədə Rusiyanın inforuss.info portalında yazılıb.
Baş nazirin qıcıqlanmış tərəfdarları dərhal bu fikrə qarşı çıxdılar və iddia etdilər ki, bu məlumatın ilkin mənbəyi Azərbaycanın www.trend.az saytı olub. Amma sonra məlum olub ki, ilkin mənbə Azərbaycan saytı yox, Ermənistanın iravunk.com portalı olub və Paşinyanın babası haqqında “Düşmənlə əməkdaşlıq edib və həlak olub” adlı ifşaedici məqalə yazıb.
Aydın olub ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Memorial” məlumat bazasının saytında Böyük Vətən Müharibəsi dövründə həlak olmuş sovet vətəndaşları arasında 1913-cü ildə İcevan rayonu, Yenokovan kəndində anadan olmuş və 1943-cü ildə həlak olmuş Nikol Vartanoviç Paşinyan haqqında məlumatlar var.
Baba Paşinyanın satqınlığının təsdiqi qismində onun SS ost-legionerlərinə tabeliyini təsdiqləyən alman uçot sənədinin fotosu təqdim olunur.
Paşinyan öz tərəfdarları və köməkçiləri vasitəsilə yalan danışmaq və özünə bəraət qazandırmağa çalışdı. Onun öz “qəhrəman” babasının həqiqətən kim olduğunu yaxşı bilməsi faktını “Ermənistanın milli qəhrəmanı” Qaregin Njdeni həyasızcasına müdafiə etməsi və Azərbaycan Prezidenti İlham Əliyevin MBD ölkələrinin sammitində nasizmin qəhrəmanlaşdırılmasının qəbuledilməzliyi məsələsini səsləndirərkən kəskin reaksiyası təsdiq edir.
Belə ki, Rusiyanın xarici işlər naziri ilə polemikası zamanı Erməni legionunun rəhbərini və Qırmızı ordunun erməni əsgərlərinin qatilini marşal Baqramyanla müqayisə edib və bununla da kifayətlənməyib Molotovu Hitler və Ribbentropla ünsiyyətdə ittiham edib.
Xatırlatmaq lazımdır ki, Paşinyanın babasının xidmət etdiyi Qaregin Ter-Arutyunyan (Njde) erməni silahlarının rəhbəri və faşist yönümlü siyasi xadim olub. 1940-cı ildən SS-in təhlükəsizlik xidməti SD ilə gizli əməkdaşlıq edib. 1942-ci ildən Berlində Hitler Almaniyasının siyasi və xüsusi xidmət orqanlarının təşəbbüsü ilə yaradılmış Erməni Milli Şurasının rəhbərliyinə daxil olub.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir müddət əvvəl ictimailəşdirilmiş sənədləri təsdiq edir ki, Erməni Milli Şurası Ermənistan SSR ərazisində Almaniya koloniyasının və protektoratlığının yaradılması təklifi ilə nasist Almaniyasının Şərqi ərazilər naziri Alfred Rozenberqə müraciət edib.
Müharibənin sonunda Qaregin Njde təxribat əməliyyatlarının keçirilməsi məqsədilə sovet Ermənistanına silahlı qrupların göndərilməsi üçün abver – hərbi kəşfiyyatla əməkdaşlıq edib.
Stalinin sözlərinə görə, oğul ataya, nəvə babaya görə cavabdehlik daşımır. Amma Paşinyan alma almaya bənzər ifadəsini təsdiq etmək üçün əlindən gələni edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib