azadses.az » Siyasət » Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilib - Fotolar

Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilib - Fotolar

2 aprel 2022-ci il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Luici Di Maionun ölkəmizə rəsmi səfəri çərçivəsində İtalyan həmkarı ilə görüşüb.

XİN-dən "Azadsəs.az"a daxil olan məlumata görə, iki nazir arasında öncə təkbətək görüş keçirilib.

Daha sonra xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoqun birinci iclası keçirilib.

Nazir Ceyhun Bayramov bu görüşün çox əlamətdar olduğunu, Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etdiyini qeyd edib. Nazir bu xüsusda təbriklərini çatdırıb.

Nazir Luici Di Maio səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə keçirilən görüşə məmnunluqla istinad edib. O, strateji dialoqun cari iclasının Azərbaycanın dövlət başçısının 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə əsaslandığını xatırladıb. O, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin cari ildə qeyd olunmasını əlamətdar hadisə kimi vurğulayıb.

İclasda Azərbaycan-İtaliya ikitərəfli strateji tərəfdaşlıq əlaqələri, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib.

Nazirlər, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, mədəniyyət, humanitar və digər sahələrdə intensiv mübadilələrin mövcudluğundan məmnunluq ifadə ediblər.

Azərbaycan və İtaliya arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsi olduğu vurğulanıb. İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğu bildirilib.

Azərbaycan və İtaliya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin uğurla inkişaf etdiyi qeyd edilib. Hökumətlərarası Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin iqtisadi əlaqələrin daha da genişləndirilməsi və iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün faydalı olacağı vurğulanıb.

İki dövlət arasında humanitar sahədə əməkdaşlığın genişlənməsi qeyd edilib və cari səfər çərçivəsində iki dövlətin liderlərinin razılaşmasına əsasən İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasiminin keçiriləcəyi məmnunluqla vurğulanıb.

İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, o cümlədən dostluq qruplarının rolunun önəmi qeyd olunub, bu sahədə gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, İtaliya hökumətinin və parlamentinin, o cümlədən senator və deputatların Vətən müharibəsi və post münaqişə dövründə sərgilədiyi ədalətli və beynəlxalq hüquq əsaslanan mövqe Azərbaycan tərəfindən yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının pozulmasının bölgədə sülh quruculuğuna əngəl olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

İclasda Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. İtaliya tərəfi minatəmizləmə prosesində iştirakını genişləndirmək marağı səsləndirilib.

Həmçinin tərəflər, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Görüşün sonunda nazirlər tərəfindən "Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Strateji Dialoqun birinci iclasının Protokolu” sənədi imzalanıb.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?