“Buçadakı görüntülər saxtadır” - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Buça ilə bağlı xəbərlərin uydurulduğunu və Qərb mediası tərəfindən Rusiya-Ukrayna danışıqlarını pozmaq üçün “saxta” məlumatlar yayıldığını bildirib.
“Azadsəs.az” Rusiya mediasına istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, Ukrayna tərəfi ilk dəfə olaraq öz dövlətini neytral, bloksuz, nüvəsiz elan etməyə hazır olduğunu kağıza köçürdükdən sonra təxribat təşkil olunub:
“Məhz o anda, İstanbul razılaşmalarına uyğun davranaraq, Rusiya tərəfi xoşməramlılıq jesti olaraq, ilk növbədə, Kiyev və Çerniqov vilayətlərində vəziyyətin deeskalasiyasına qərar verdi. Hərbçilərimiz Buça şəhərini tərk etdikdən üç gün sonra orada təxribat təşkil olundu. Bizim inanmaq üçün bütün əsaslarımız var ki, bu, diqqəti danışıqlar prosesindən yayındırmaq üçün edilib”, - Lavrov jurnalistlərə bildirib.