azadses.az » Siyasət » Əliyev-Paşinyan görüşü, sülhə dair ümidlər artır

Əliyev-Paşinyan görüşü, sülhə dair ümidlər artır

Brüsseldə Vətən müharibəsindən sonra Azərbaycan, Avropa İttifaqı və Ermənistanın liderlərinin sayca ikinci olan üçtərəfli görüşü geridə qaldı. “Azadsəs.az” xəbər verir ki, dörd saat yarım davam edən İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan görüşünü Brüssel sülh gündəliyinin tərkib hissəsi kimi dəyərləndirmək olar.

Qeyd edək ki, bu formatda ilk üçtərəfli görüş 14 dekabr 2021-ci ildə keçirilib və nəticə etibarilə, Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Liderlərin görüşündən sonra Şarl Mişelin mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər görüşdə nələrə xüsusi diqqət ayrıldığına deməyə imkan verir.

Avropa İttifaqı Şurasının Prezidentinin bəyanatında ilk diqqəti çəkən məqam həm prezident İlham Əliyev, həm də Baş nazir Nikol Paşinyanın sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan etməsi və bu məqsədlə hər iki ölkə XİN rəhbərlərinə müvafiq tapşırıqlarını verilməsinə dair hissədir. Bu isə o anlama gəlir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbul edib. Burada isə ən əsas məqam Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması idi.

Bəyanatda önəmli məqamlardan biri Azərbaycan və Ermənistanın sərhəd məsələləri üzrə birgə komissiya yaratması və ilk növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunmasıdır. Əvvəllər də bu istiqamətdə təşəbbüslər olsa da, proses uzanmış, demək olar ki, dalana dirənmişdir. Lakin bu görüşdə hər iki tərəf konkret olaraq aprel ayının sonuna qədər Birgə Sərhəd Komissiyanın yaradılmasına dair öhdəlik götürürlər. Maraqlı məqam ondan ibarətdir ki, komissiya heç bir üçüncü tərəf və ya vasitəçi olmadan fəaliyyət göstərəcək.

Bəyanatla Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də təsdiq olunur. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsi daima Azərbaycan hökumətinin diqqətində olub. Həm prezident İlham Əliyev, həm də müvafiq qurumların rəhbərləri keçirdiyi müntəzəm görüşlərdə bu məsələni gündəmə gətirir, Birinci Qarabağ Müharibəsində itkin düşən 4000-ə qədər həmyerlimizin aydınlıq gətirilməsini istəyir. Ümid etmək olar ki, bu görüşdən sonra İrəvan azərbaycanlıların taleyi ilə bağlı rəsmi Bakıya müfəssəl, ətraflı məlumat verəcək.

Sənəddə diqqəti çəkən əsas məqamlardan biri Dağlıq Qarabağ ifadəsi və ya ATƏT Minsk Qrupu həmsədrlik institutunun çəkilməməsidir. Bu isə o anlama gəlir ki, artıq Ermənistan rəhbərliyi ilə keçmişin qalığı olan həmsədrlik institutunda imtina etməyin vaxtının çatığını anlamağa başlayıb.

Bəyanatda, həmçinin qeyd olunur ki, hər iki ölkənin liderləri Cənubi Qafqazda kommunikasiyaların açılmasını da müzakirə edib. Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa çağırıb.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, liderlər görüşlərinin nəticələrini izləmək və əlaqədə qalmaq barədə razılığa gəliblər.

Görünən budur ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Burada isə əsas məqsəd ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Avropa İttifaqının qərəzsiz tərəf olması və hər iki tərəfin ona göstərdiyi etimad, gələcəkdə məhz bu qurumun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında real nəticələrə hesablanan, münasibətlərin normallaşmasını nəzərdə tutan müqavilənin imzalanmasına dair ümidləri artırır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?