Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyü dayandırıldı

“Azadsəs.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba sözügedən qərarla bağlı Tvitter səhifəsində yazıb:
“Rusiyanın BMT-nin İnsan Haqları Şurasına üzvlük hüquqları indicə dayandırılıb. BMT-nin insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlarında hərbi cinayətkarlara yer yoxdur. BMT Baş Assambleyasının müvafiq qətnaməsini dəstəkləyən və tarixin doğru tərəfini seçən bütün üzv dövlətlərə minnətdarıq”.