Makronla Zelenski Rusiya ilə danışıqları müzakirə etdi
- 15-04-2022, 11:20
- Siyasət

“Azadsəs.az” xəbər verir ki, bu barədə Volodimir Zelenski öz tviter səhifəsində məlumat verib.
Söhbət zamanı dövlət başçıları Ukraynadakı müharibəni, eləcə də Rusiya ilə danışıqları müzakirə ediblər.
“Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardım. Biz Ukrayna xalqının müqavimətini, danışıqlar prosesini də müzakirə etdik. Biz Ukraynada və Avropada sülhə nail olmağa çalışırıq”, - Zelenski əlavə edib.