Fransada prezident seçkilərinin ikinci turu keçirilir
- 24-04-2022, 11:21
- Siyasət
Fransada prezident seçkilərinin ikinci və həlledici turuna start verilib. Bu gün Bakı vaxtı ilə saat 10:00-da seçki məntəqələri açılıb.
"Azadsəs.az" xəbər verir ki, prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Emmanuel Makron və Milli Birlik Partiyasının sədri Marin Le Pen mübarizə aparır.
Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 faizdən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.
Bu gün “Exit-poll”un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.