azadses.az » Siyasət » Şimal sərhədində tarix yazanlar

Şimal sərhədində tarix yazanlar

Yalama əlahiddə buraxılış məntəqəsi Qusarın Azərbaycan -Rusiya sərhədində yerləşən Samur qəsəbəsində eyni adlı çayın üzərindəki körpüdə yaradılıb. Şəxsi heyərin o zaman heç nəyi olmayıb: nə binası olub, nə oturan yeri, nə də lazımi qədər əsgəri.
Sərhəd məntəqəsi təşkil ediləndə şəxsi heyət yerli təşkilatlardan birinin verdiyi köhnə vaqonlarda yerləşib. İsti yay günündə dəmir vaqonun içərisində qalıb xidmət aparmağın necə çətin olduğunu söyləmək əbəsdir. Heç kimə asan gəlməsin: göydən od tökülür, amma gənc hərbçilər Vətənin şimal sərhəd keçidində ləyaqətlə xidmət aparmaqdan usanmıayıblar. 14 nəfərlik şəxsi heyətin rəhbəri baş leytenant, indi DSX-nin rəisi general -polovnik Elçin Quliyevin "Zil-131"markalı yük avtomobillə necə xidmətə başlamağını indi Samur qəsəbə sakinləri çox yaxşı xatırlayırlar. Elə mən də yaxşı xatırlayıram. Müsahiblərim Ənvər və Çükərxanım Süleymanovlarla düz 28 il əvvələ birgə səyahət edəcəyik. Samur qəsəbə sakinləri olan bu ailə yeni işə başlayan sərhədçilərin ən yaxın köməkçiləri olublar. Şəxsi heyətə yemək bişirən Çükərxanım Süleymanova deyir ki, isti havada işləyən, özlərinə xidməti otaqlar tıkən gənc əsgərləri görəndə ürəyim ağrıyırdı. "Mən onda qəsəbənin yeməkxanasında işləyirdim. Gündüzlər iş yerimdə olurdum, axşamlar isə həyat yoldaşım Ənvərlə sərhədçilərə yemək bişirirdim".
"Sərhədçiləri öz balam kimi həmişə çox istəmişəm, onlara qayğı göstərəndə, corab toxuyub verəndə, yemək bişirəndə, evimdə qonaq saxlayanda həmişə rahat olmuşam" - deyən Çükərxanım Süleymanova onların çox çətin şəraitdə xidmət apardıqlarını xüsusi vurğulayıb. Qaragüruh dövründə sərhədyanı bölgədə yaşayan sadə insanların sərhədçilərlə dostluğu məhz o çətin illərdə yaranıb. Ənvər kişi deyir ki, onlar bizə - kənd camaatına elə hörmətlə yanaşırdılar ki, biz sərhədçilərə laqeyd ola bilməzdik. Özləri yaxşı idilər, biz də onları öz ailə üzvümüz kimi qəbuı etmişdik.
Təməli 1992 ci ilin iyunundan başlayan sərhədçi-sakin dostluğu bu günəcən davam edir. Elə o vaxtdan Azərbaycanın Rusiya ilə sərhəd bölgəsində yaşayan əhali ilə təməli qoyulan bu dostluq uğurla davam etdiriıir. Təmənnasızlıq və mehribancılıq üstündə qurulan bu dostluğun nəticəsidir ki, sərhədçilərin ən yaxın köməkçiləri olmuş və olan Ənvər və Çükərxanım Süleymanovlar və onlarla belə ailələr unudulmur, yaddan çıxarılmır. Dəfələrlə şahidi olmuşam, Xudat sərhəd dəstəsində keçirilən bütün tədbirlərdə şimal rayonlarının belə fəal vətənpərvər və sərhədsevər vətəndaşları iştirak edib və mükafatlandırılıb. Bunu Çükərxanım Süleymanova da etiraf edir: "Sağ olsunlar. Bizi həmişə sayıb çağırıblar yığıncaqlara. Bizim yaxşılığımızı nə onlar unudub, nə də biz onların bizə göstərdiyi xüsusi diqqət və qayğını unutmuşuq".Şimalın ilk buraxılış məntəqəsi olan Samur buraxılış məntəqəsi illər keçdikcə çox təkmilləşdirilib və inkişaf edib.1995-ci ildə genişlənərək Xudat sərhəd dəstəsinə çevrilib.İnkişaf etdikcə şimalda yeni buraxılış məntəqələrinin və sərhəd zastavalarının sayı da artıb. Bu gün Samur keçid-buraxılış məntəqəsi Azərbaycanın ən iri beynəlxalq keçid məntəqələrindən biri kumi tanınır. Adi hallarda gün ərzində 250 -300 ədəd yük avtomobili bu postdan qonşu Dağıstana keçərək Rusiyanın və Avropanın digər şəhərlərinə yan alır. Həmçinin eyni sayda yük avtomaşını Rusiyanın Yaraq Qazmalar postundan ölkəmizə keçərək, İran və digər ölkələrə yola salınır. Gün ərzində, yəni koronavirus pandemiyasından qabaq 500 ədəd yüngül nəqliyyat vasitəsi mənzil başına çatmaq üçün Samur postundan keçir və eyni sayda avtomaşın ölkəmizə daxil olur.
Pandemiya ilə əlaqədar indi yüngül minik avtomobillərinin keçidi qarşılıqlı olaraq dayansa da yük avtomaşınlarının hər iki istiqamətə gedişinə heç bir məhdudiyyət qoyulmayıb. Bunu Azərbaycanın şimalda yaranan ilk sərhəd məntəqəsinin yaranma günü ərəfəsində Samur keçid postunda olarkən biz də müşahidə etdik. Pandemiyanın qarşısını almaqdan ötrü bu şimal qapısında da respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Operativ Qərargahın irəli sürdüyü mühüm şərtlərə uyğun olaraq yük avtomaşınlarının sürücüləri yoxlanılaraq qonşu ölkələrə yola salınırdı.
Pandemiya ilə əlaqədar indi yüngül minik avtomobillərinin keçidi qarşılıqlı olaraq dayansa da yük avtomaşınlarının hər iki istiqamətə gedişinə heç bir məhdudiyyət qoyulmayıb. Bunu Azərbaycanın şimalda yaranan ilk sərhəd məntəqəsinin yaranma günü ərəfəsində Samur keçid postunda olarkən biz də müşahidə etdik. Pandemiyanın qarşısını almaqdan ötrü bu şimal qapısında da respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Operativ Qərargahın irəli sürdüyü mühüm şərtlərə uyğun olaraq yük avtomaşınlarının sürücüləri yoxlanılaraq qonşu ölkələrə yola salınırdı.
Samur keçid məntəqəsinin maddi-texniki bazası indi, digər keçid məntəqə və zastavalar kimi, çox inkişaf edib. Hərbi müəssisə olduğundan maddi-texniki baza barədə çox açıqlama vermirik. Amma qeyd edək ki, 2019-cu ilin dekabrında Samur çayı üzərindəki körpü də yenilənib.1957-ci ildə inşa edilmiş və uzunluğu 204,eni 17 metr olan Samur körpüsü son illər tələblərə heç cür cavab vermirdi. İki dövlət arasında vətəndaşların və nəqliyyat vasitələrinin keçidində ciddi maneələr yaranırdı. Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlardan, 2013-cü ilin sentyabr ayında Putinin Azərbaycana səfəri zamanı imzalanan birgə sazişdən sonra Samur çayı üzərindəki bərbad körpünün yenidən inşasına qərar verilmişdi. Nəhayət ,bir neçə illik tikinti işlrindən sonra 2019-cu il dekabrın 25-də Samur çayı üzərindəki yeni körpünün təntənəli açılışı olub. Azərbaycanın və Rusiyanın rəsmilərinin qatıldığı mərasimdə uzunluğu 325, eni 17,3 metr olan möhtəşəm körpünün iki qonşu ölkə arasında isqisadi, siyasi, turizm, ticarət və kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin daha da güclənməsinə mühüm töhfə verəcəyi bildirilib. Körpünün istifadə verilməsində bir məqam xüsusi vurğulanıb: Uzun illər bərbad və təhlükəli vəziyyətdə olan Samur körpüsünün dünya standartlarına cavab verən yenilənmiş üslubda istifadə verilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi xidmətləri danılmazdır.
Peşə fəaliyyətimlə bağlı Xudat sərhəd dəstəsində və şimaldakı digər dövlət sərhədlərində keçirilən bütün tədbirlərdə çox iştirak etmişəm. Sərhədçi rəsmilər çıxışlarında təməli 16 iyun 1992 -ci ildən qoyulan müasir Azərbaycan dövlətinin sərhəd quruculuğunun inkişafında, maddi-texniki bazasının gücləndirilməsində Ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi varisi İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu dönə-dönə vurğulayıblar. Xüsusi olaraq vurğulanıb ki, 1992-ci il iyunun 16-da Azərbaycanın şimal sərhədində yaradılmış sərhəd buraxılış məntəqəsinin istifadəyə verilməsndən bir il sonra tanınmış tarixi şəxsiyyət Heydər Əliyev xalqın israrlı çağırışı və təkidilə hakimiyyətə gəlib və sərhəd quruculuğu sahəsində əsaslı inkişaf və tikinti-yenidənqurma işləri məhz Heydər Əliyevin rəhbərliyi altında aparılıb. Bu işlər İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam etdirilib. Məhz onun xidmətlərinin nəticəsidir ki, "Sadval"ın at oynatdığı bir vaxtda xidmətə başlamış şimal sərhədlərinin ilk hərbi məntəqəsi ölkənin ən qabaqcıl sərhəd dəstələrindən birinə çevrilib və İlham Əliyev məhz 4 dəfə Xudat sərhəd dəstəsinə səfər edib.Sonda həm təbriklərim, həm də təşəkkürüm var. Xüsusi pandemiya dövründə Samur buraxılış məntəqəsinə bir mətbuat nümayəndəsi kimi buraxılmağıma və foto-video çəkilməsinə şərait yaradılmasına görə DSX rəhbərliyinə təşəkkürümü bildirirəm. Mənim ANS televiziyasında operatorum olmuş Rəşad Ağaşirinova da minnətdaram ki, məni yenə çəkilişdə tək qoymadı. Təbriklərim isə şimal sərhədlərinin qurulmasında xidmətləri olan hər bir sərhədçiyə və çətinliklər məqamında sərhədçilərə dayaq olan Ənvər və Çükərxanım Süleymanovlar kimi sadə vətəndaşlaradır. Bayramınız mübarək, 28 illik bayramınız mübarəki!!!
Aytəkin Alxaslı


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?