azadses.az » Siyasət » Azərbaycan-İran əlaqələrinin inkişafı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatacağından xəbər verir

Azərbaycan-İran əlaqələrinin inkişafı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatacağından xəbər verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq”.

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi: “Azərbaycan ilə İran arasında münasibətlər təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür”.

"Azadsəs.az" AzərTAC-a istinadən xəbər verir ki, dövlət başçılarının bu fikirləri Azərbaycan-İran münasibətlərinin dərin tarixi köklərə malik olduğunu təsdiq edir. Xalqlarımız əsrlər boyu bərabər yaşayıblar. İqtisadi, ticari, elmi, mədəni əlaqələr Azərbaycan və İran xalqlarını tarix boyu birləşdirib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - İran 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf mərhələsinə adladıb. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev bu ölkənin dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi və digər rəsmi şəxslərlə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.

Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi iki ölkə prezidentlərinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 9-da İrana səfəri zamanı tərəflər arasında “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalanıb.
Bundan başqa, 2016-cı il fevralın 23-də “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. İmzalanan saziş əsasında həm “Xudafərin”, həm “Qız Qalası” su anbarlarında 50 faiz pay Azərbaycana, digər 50 faiz isə İrana məxsusdur.

Azərbaycan ilə İran arasında 765 kilometr sərhəd var ki, bu da qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Bu mənada nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri digər dövlətlərə nümunə ola bilər. Belə ki, hər iki dövlət Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq mahiyyət daşıyan bir layihənin həyata keçməsində də əməkdaşlıq edir. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. İranın Oman dənizindəki Çabahar, Fars körfəzindəki Bəndər Abbas limanlarına Cənub-Şərqi Asiya və körfəz ölkələrindən daxil olan yüklər Azərbaycan ərazisindən daşınacaq. Bu işdə rəsmi Bakı ilə Tehranın əməkdaşlığı heç də təsadüfi xarakter daşımır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 800 milyona yaxın əhalisi olan 40-dan çox dövləti - Avropa ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bu böyük bazarlar arasındakı nəqliyyat əlaqəsinin Azərbaycan və İran üzərindən qurulması hər iki ölkənin iqtisadi inkişafının yeni mərhələsini təşkil edir.

Beynəlxalq ekspertlərin hesablamalarına görə yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dolları aşacaq. Bu böyük məbləğ dəyərindəki yüklər də milyardlarla ton həcmində ölçüləcək. İki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycan ilə İran ildə 2,5 və ya 3 milyard dollar tranzit gəlir əldə edəcəklər. Dəhlizin əsasını təkli edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda, Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yük terminallarının inşası davam edir.Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda, Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yük terminallarının inşası davam edir. Son iki ildə COVID-19 pandemiyası səbəbindən dünya dövlətləri arasında sərhədlər bağlansa da, Azərbaycan ilə İran arasındakı sərhədlər bağlanmadı və yükdaşımalar həyata keçirildi.

Ötən ilin noyabrında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti İbrahim Rəisi ilə görüşündən sonra iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açıldı. Görüşdə Şimal-Cənub, Zəngəzur dəhlizlərinin formalaşması məsələləri müzakirə edildi. Həmin gün “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı. Sazişə görə 2021-ci il dekabrın 25-dən başlayaraq Azərbaycan İran vasitəsilə Türkmənistandan ildə 1,5-2 milyard kubmetr qaz alır.

Təsadüfi deyil ki, həmin görüşün nəticəsi olaraq bu il martın 11-də Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası (MR) arasında yeni kommunikasiya xətlərinin yaradılması haqqında Anlaşma Memorandumunu da imzalandı. Memoranduma əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Azərbaycan ilə İran arasında mədəni və humanitar sahələrdə tarixən mövcud olmuş sıx münasibətlər informasiya sahəsində də müşahidə edilir. Bu sahədə əməkdaşlıqda AZƏRTAC ilə İRNA arasında tərəfdaşlıq münasibətləri mühüm yer tutur. 2011-ci il aprelin 5-də Bakıda AZƏRTAC ilə İRNA arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanması ilə dost ölkələrimizin bu iki aparıcı media qurumlarının sıx əməkdaşlığı üçün möhkəm hüquqi baza yaranıb. Hər iki ölkənin milli informasiya agentlikləri beynəlxalq media qurumları çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu qurumlardan biri də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatıdır (OANA). AZƏRTAC-ın Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrliyi çərçivəsində 2018-ci ilin sentyabrında Tehranda OANA-nın İcraiyyə Komitəsinin 43-cü iclası keçirilib. İclas çərçivəsində İranın keçirilən görüşlərdə ölkələrimiz arasında əlaqələrin inkişafının informasiya təminatı ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu günədək iki dövlət arasında 150-dən çox sənəd imzalanıb, 24 biznes forum və işgüzar görüş keçirilib. Ticarət dövriyyəsi 500 milyon dolları ötüb. Qarşılıqlı etimad investisiya sahəsində əməkdaşlığa müsbət təkan verib. İran sahibkarları tərəfindən ölkəmizə 3,5 milyard dollar investisiya yatırılıb. Azərbaycanda sənaye, tikinti, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 1614 İran şirkəti fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun uğurlu fəaliyyəti səmərəli investisiya tərəfdaşlığının bariz nümunəsi olmaqla yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

İrandan Azərbaycana səfər etmiş turistlərin sayında dəfələrlə artım müşahidə olunub. “ASAN Viza” vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları ön sıralardadır. 2019-cu il dekabrın 1-dən isə Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşlarına münasibətdə viza rejimi aradan qaldırılıb.

Şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində İran ilə sərhəd rayonları da Ermənistanın işğalından azad etdi ki, bu da iki dövlət arasındakı əlaqələrin genişlənməsinə imkanlar yaradıb. İşğaldan azad olunan sərhədyanı bölgəyə səfər edən Prezident İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırıb. Bir sıra İran şirkətlərinin Qarabağın bərpası prosesində iştirakı barədə razılıq əldə edilib.

Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, İran-Azərbaycan əlaqələri qarşılıqlı etimada, hörmətə və münasibətlərin səmimi xarakter daşımasına söykənir. Bütün bunlar iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?