azadses.az » Siyasət » İlham Əliyev Ermənistanın son təxribatına dair iki yeni informasiya verir – ŞƏRH

İlham Əliyev Ermənistanın son təxribatına dair iki yeni informasiya verir – ŞƏRH

Ermənistan hakimiyyəti yenə hansısa şirnikləndirici mənbələr hesabına Azərbaycanla sülhdən boyun qaçırır. Bu qətiyyən təəccüb yaratmamalıdır, çünki erməni siyasətinin çoxdankı vərdişlərinin instinktiv təkrarıdır.

Bu vərdişlər indi Ermənistanın hərbi dairələrində yeni meyillər formalaşdırmağa istiqamət almaq istəyir – Azərbaycanla münasibətlərin normal axına dönməməsi meyilləri.

Ona görə də İrəvan Bakı ilə əldə edilmiş razılıqların icrası mərhələsini nala-mıxa vuraraq ya pozmağa çalışır, ya da vaxt qazanmaq ümidlərinə qapılır. Sual olunur: Vaxt qazanıb nə edəcəksən?

Ermənistanın hərbi komandanlığında keçmiş xuntaya bağlı qruplar hələ də qalmaqdadır və onlar baş nazir Nikol Paşinyanın siyasətinə az da olsa təsir imkanlarına malikdirlər.

Onlar Ermənistanın təxribatçı addımlarının daha da körüklənməsinə şərait yaradır və İrəvanı konstruktiv mövqe tutmaq xəttinə yaxınlaşmağa qoymurlar.

Elə buna görədir ki, Ermənistan son günlər Kəlbəcər istiqamətində hərbi təxribatlar törədir və etimadı pozan digər addımlar atır.

Azərbaycan Prezidenti İlham Əliyev də mayın 18-də litvalı həmkarı Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında Ermənistanın son zamanlar tutduğu qeyri-müəyyən mövqe barədə məlumat verib.

Prezidentin çıxışında yeni informasiya yükü olan iki xətt budur:

1. Ermənistan sərhəd delimitasiyası ilə bağlı aprelin 29-da nəzərdə tutulan görüşü ləğv edib (görüş təşəbbüsünü Ermənistan Xarici İşlər Nazirliyi özü irəli sürmüşdü);

2. 7-11 may tarixlərində Azərbaycan sərhəddə görüş keçirməyi təklif etsə də, Ermənistan bundan imtina edib.

İrəvanın ikili mövqeyi Ermənistanın beynini hansı xarici faktorun “zəhərləməsinə” dair versiyalara da yol açır.

Əslində, Ermənistan əhəmiyyətli diplomatik-siyasi və hərbi dəstəklərdən məhrum olub, sadəcə ara-sıra Qərb də (əsasən ABŞ və Fransa), Rusiya da İrəvan üçün şirnikləndirici bəyanatlarla çıxış edirlər. Lakin ümumilikdə Rusiya da, Qərb də üçtərəfli bəyanatların və Avropa İttifaqının təşəbbüsü ilə əldə edilmiş razılıqların icrasının tərəfdarıdır. Onlar regionda münaqişənin yaranmasında maraqlı tərəf kimi çıxış etmirlər.

Ona görə də Ermənistan başına ağıl qoyub sülh prosesinə əngəl yaradan bütün addımlardan əl çəkməlidir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?