azadses.az » Siyasət » “Azərbaycan və Türkiyə elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək” - RƏY

“Azərbaycan və Türkiyə elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək” - RƏY

“Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi çərçivəsində iqtisadi və enerji sahəsində əməkdaşlıq geniş spektrli müttəfiqlik səviyyəsinə yüksəlib. Hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəniyyət, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının ümumi maraqların qorunmasında birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin energetika üzrə eksperti, iqtisad elmləri doktoru Rahmi İncekara bildirib.

O hesab edir ki, Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyat və nəqliyyat sahəsində bütün əlaqələrin bərpası istiqamətində birgə səylərini davam etdirəcəklər.

Türkiyəli ekspert Şuşa Bəyannaməsinin bir il ərzində verdiyi tarixi fürsətlərdən danışıb:

“Türk dövlətlərinin enerji, siyasi, hərbi, strateji və iqtisadi birliyini möhkəmləndirən tarixi Şuşa Bəyannaməsi qarşımızda geniş perspektivlər yaradıb. Eyni zamanda Şuşa Bəyannaməsi ilə gücləndirilən müttəfiqlik Azərbaycanla Türkiyənin qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişafına müsbət töhfə verə və nəticədə silah və sursatların təchizində əməkdaşlıq güclənə bilər. Bu müttəfiqlik istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək əsas amildir. Beləliklə, iki qardaş ölkə iqtisadi-ticari əlaqələrdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, gələcək üçün birgə istehsalın qurulmasına, investisiya sahəsində əməkdaşlığa diqqət yetirəcək. Bu baxımdan Türkiyə və Azərbaycan məhsullarının sərbəst hərəkəti mexanizmləri, mal və xidmətlərin axıcılığı təmin ediləcək”.

R.İncekara deyib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin digər çoxtərəfli iqtisadi mexanizmlərinə də müsbət təsir edir:

“Regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbəyinin və marşrutunun şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin (SGC) həyata keçirilməsi Türkiyə və Azərbaycanın iradəsinin məhsuludur. Düşünürəm ki, tərəflər Cənub Qaz Dəhlizinin səmərəli istifadəsi və gələcək inkişafı üçün səyləri daha da artırmalıdırlar. Şuşa Bəyannaməsinin siyasi, strateji və iqtisadi əhəmiyyəti də ondan ibarətdir ki, gələcək illərdə Azərbaycan və Türkiyə qlobal enerji sektorunda baş verən prosesləri nəzərə almaqla regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi məqsədilə elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək və davamlılığın təmin edilməsinə cəhdlər göstərəcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib