azadses.az » Siyasət » “Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu

“Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu

Bolqarıstanın tanınmış xəbər agentliyi “Cross” Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından bəhs edib.

“Report” xəbər verir ki, agentlik avqustun əvvəlində Azərbaycanın Qarabağ bölgəsində Ermənistanla yenidən qısa, lakin qanlı toqquşmalar baş verdiyini vurğulayıb:

“Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu ölkənin Laçın rayonu ərazisində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi yüksəkliyi qanunsuz erməni birləşmələrinin ələ keçirmək cəhdinin qarşısını alıb. Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycanın bir hərbçisi həlak olub. Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı Ermənistanın qanunsuz silahlı birləşmələrinin ölkə ərazisində artan hərbi təxribatlarına və atəşkəs rejimini pozmasına cavab oldu”.

“Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, respublika ərazisində baş verən insidentə görə bütün məsuliyyət hələ də öz qanunsuz silahlı birləşmələrini qonşu ölkənin ərazilərindən çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan qəti şəkildə bildirib ki, Ermənistanın bu təxribatları Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli sazişlərin, habelə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların kobud şəkildə pozulmasıdır”, - agentlik qeyd edib.

“Cross” vurğulayıb ki, həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla telefonla bu hadisələri müzakirə edib:

“Xarici işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarına cavab olaraq həyata keçirdiyi əməliyyatın ölkənin suveren ərazilərində baş verdiyini vurğulayaraq əlavə edib ki, regionda gərginliyin əsas səbəbi Ermənistan tərəfinin geri çəkilmək istəməməsidir”.

Azərbaycan və Ermənistan Aİ-nin qonşu dövlətləridir və “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində onunla tərəfdaşlıq münasibətləri saxlayırlar.

“Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Diversifikasiya məqsədilə Azərbaycandan Avropaya, eləcə də Bolqarıstana ilk kommersiya qazı tədarükü 2020-ci il dekabrın 31-də həyata keçirilib”, - agentlik sonda əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  2. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  3. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  4. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  5. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  6. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  7. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  8. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  9. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  10. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib