azadses.az » Siyasət » Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribatları və Dağlıq Qarabağın indiyədək erməni işğalından azad olunmadığını kəskin şəkildə pisləyənlər arasında ölkəmizlə dostluq əlaqələri olan cəmiyyətlər də var.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yaydıqları bəyanatlarda uzun illərdir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı və təcavüzkar siyasətə, ölkəmizin kobudcasına pozulmuş ərazi bütövlüyünün hələ də bərpa olunmamasına, dünyanın bir sıra ölkələrində son hərbi təxribatlara etiraz edən azərbaycanlıların, Ermənistanın işğalçı mahiyyətini ifşa etdiklərinə görə Los-Anceles və Brüssel şəhərlərində ermənilərin azğın və quldur dəstələrinin hücumlarına və zorakı əməllərinə məruz qaldıqlarına diqqət cəlb edilib.Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, bəyanatda Los-Ancelesdəki cinayət zamanı üç min erməninin 50 azərbaycanlıya hücum edərkən ASALA (“Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) sözü yazılmış köynəklərdə olduğu vurğulanıb.
Yaponiya ictimaiyyətinin nəzərinə çatdırılıb ki, ASALA ermənilərin terrorçu təşkilatı kimi dünyada tanınıb.
Sənəddə Ermənistan dövlətindən Azərbaycana qarşı işğalçı siyasətini dayandırması, qonşu dövlətlərin ərazilərinin işğalı yolu ilə “böyük Ermənistan dövləti”nin yaradılmasına xidmət edən xülyasından əl çəkməsi tələb edilib.
Azərbaycan icmasının üzvləri yapon parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa, Yaponiyada və dünyanın istənilən nöqtəsində təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırıblar.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov isə bildirib ki, mütərəqqi qüvvələr yaranmış vəziyyətlə bağlı susmamalı, Azərbaycana qarşı illərdir davam edən bu işğalçı siyasətə qarşı səslərini ucaltmalı, baş verənləri yaşadıqları ölkələrin hökumətlərinin, parlamentlərinin və ictimaiyyətlərinin diqqətinə çatdırmalıdırlar.
Professor qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.
“Bu, bir ölkənin digər qonşu ölkəyə açıq ərazi iddiası və təcavüzüdür. Azərbaycanın 20 min günahsız dinc sakini erməni zorakılığının qurbanı olub. Bu təcavüz nəticəsində 50 min nəfər isə əlil olub və 4866 nəfər itkin düşüb. Ermənistan tərəfindən bu cür təcavüzə, qanlı hadisələrə heç bir şəkildə əsas tapıla bilməz.
Üstəlik, beynəlxalq hüququn prinsiplərinə görə, mülki və dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırım və cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verilməlidir. Mən Özbəkistanın elm və ictimai xadimi kimi Azərbaycan xalqının bu ağrıları ilə çoxdan tanışam və erməni tərəfinin təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıram”, - deyə E.Nuriddinov bildirib.
Alim hesab edir ki, münaqişənin yeganə həlli Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır.
“Biz – dünya birliyi əgər bu ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək. Bir daha bəyan edirəm ki, ədalətin gec-tez zəfər çalacağına, bir milyona yaxın mülki, dinc azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılacağına, sülhün regionda bərqərar olacağına inanıram.
Çünki həqiqət daim zəfər çalır. Bu ağır günlərdə Azərbaycan xalqına baş vermiş hadisələrə görə başsağlığı verir, səmimi dəstəyimi və duyğularımı çatdırıram”, - deyə professor əlavə edib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib