Ərdoğan “Orta dəhliz”dən danışdı

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci Zirvə görüşündə deyib.
O qeyd edib ki, Türkiyə son 20 ildə nəhəng nəqliyyat və infrastruktur sərmayələri ilə bu sahədə çox mühüm uğur əldə edib.
“Ölkəmizin şərqlə qərb arasında körpü rolunu oynaması bizə görünməmiş imkanlar təqdim edir. Bu anlayışla təhlükəsizlikdən iqtisadiyyata, enerjidən nəqliyyata, kənd təsərrüfatından turizmə qədər hər sahədə əməkdaşlığa hazırıq”, - deyə Ərdoğan bildirib.