azadses.az » Siyasət » Ukraynalı deputat: “Ermənistan razılaşmaya əməl etmədikcə Azərbaycan bildiyi kimi addım atmaqda tam haqlıdır”

Ukraynalı deputat: “Ermənistan razılaşmaya əməl etmədikcə Azərbaycan bildiyi kimi addım atmaqda tam haqlıdır”

“Razılaşmaya görə, Ermənistan bütün qoşunlarını Azərbaycan ərazisindən geri çəkməli idi. Razılaşmaya əməl olunmurdusa, Azərbaycanın bildiyi kimi addım atmağa tam haqqı çatırdı”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Yuriy Kamelçuk bildirib.

O, son vaxtlar Ukrayna nümayəndələrindən kiminsə Azərbaycanı tənqid etməsinin əsl pərdəarxası ilə bağlı öz versiyasını irəli sürüb:

“Onlar məsələdən, Azərbaycanla Ukrayna arasındakı əsl münasibətlərdən, ölkələrin bir-biri üçün oynadığı roldan tam hali deyillər, Ermənistan-Azərbaycan münaqişə və müharibəsinin təbiətini, bu məsələdə Rusiyanın nə dərəcədə rol oynadığını tam başa düşmürlər. Ola bilsin ki, həmkarlarının hansısa ehtimallarına əsaslanırlar və ya kimsə onları manipulyasiya etmək istəyir. Amma yenə də bütün fikirlər ümumi təsəvvürə təsir edir və dəqiqdir ki, Ukrayna ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsinə yardım etmir”.

Yuriy Kamelçuk vurğulayıb ki, öz istəkləri ilə Ukrayna Silahlı Qüvvələrində xidmət edən bütün Ukrayna azərbaycanlılarına təşəkkür etmək lazımdır:

“Ukraynadakı azərbaycanlıların və biznes nümayəndələrinin ukraynalı döyüşçülərin reabilitasiyasına, onların müalicəsinə, protezləşdirilməsinə və s. necə çox kömək etdiyini bilirəm.

Bilirəm ki, daimi əsasda böyük həcmdə humanitar yardım axını baş tutur. Özü də bu təkcə Ukrayna daxilində olan biznesmenlərə aid deyil, onlar Avropada və dünyanın digər yerlərində olan dostlarını da bu işə dəvət edirlər və onların hamısı bu yardım axınında pay sahibi olurlar”.

Deputat gələcəkdə baş verənləri diqqətlə izləyəcəklərini bildirib:

“Çünki elə vəziyyət izləyirik ki, ABŞ və onun nümayəndələri İrəvana gedir. Anlayıram ki, onların məqsədi Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaqdır. Amma Azərbaycanla münasibətləri də korlamaq lazım deyil deyə düşünürəm. Bu münaqişənin həllinə kömək etmək istəyirlərsə, ölkələr arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə çalışsınlar. Axı razılaşmaya görə, Ermənistan bütün qoşunlarını Azərbaycan ərazisindən geri çəkməli idi. Razılaşmaya əməl olunmurdusa, Azərbaycanın bildiyi kimi addım atmağa tam haqqı çatırdı. Bir daha deyirəm ki, ABŞ bu məsələdə Rusiyanın maraqlarına qarşı çıxış edir. Üstəlik, məncə, onlar Türkiyə-Azərbaycan ikilisinin regiondakı təsir dairəsini balanslaşdırmağa çalışırlar”.

O vurğulayıb ki, Ukrayna estradasının və ya mədəniyyətinin bir neçə nümayəndəsi, bəzi siyasətçilər yalnız aysberqin görünən yerinə baxırlar:

“Təəssüf ki, vəziyyəti dərindən öyrənmədən, hansısa üzdəki maraqlara əsasən nəsə münasibət bildirirlər. Çox ümid edirəm ki, tarixi münasibətlərimizin əsl vəziyyətini öyrəndikdən sonra onlar fikirlərini dəyişəcəklər. Qlobal yanaşsaq, uzunmüddətli tarixdən danışsaq, çox istərdim ki, həm Ukraynada, həm də Azərbaycanda müharibə başa çatsın. Bu birmənalıdır. Bu zaman istifadə olunan üsullar və alətlər artıq tərəflərin özlərindən asılıdır. Bütün dünya Ukraynanın ərazi bütövlüyünü bərpa etməyə, ərazilərini məqbul saydığı formada işğaldan azad etməyə haqqının olduğunu deyir, ona görə də Azərbaycanın da eyni hüquqları var”, - deyə o əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?