azadses.az » Siyasət » “Praqa görüşündə qəbul olunan bəyanat rəsmi Bakının növbəti diplomatik qələbəsidir” - RƏY + FOTO

“Praqa görüşündə qəbul olunan bəyanat rəsmi Bakının növbəti diplomatik qələbəsidir” - RƏY + FOTO

“Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş xüsusi əhəmiyyət daşıyırdı. Həmin gün bir sıra mühüm sənədlərlə yadda qaldı. Görüşün yekununda qəbul olunan bəyanat rəsmi Bakının növbəti diplomatik qələbəsi sayılmalıdır. Praqa görüşündə Azərbaycan istəyinə nail olub”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, sənədin üzərində uzun müddət idi ki, iş gedirdi:



“Azərbaycan çalışırdı ki, ərazi bütövlüyünün təmin olunmasına nail olsun və Ermənistan da bununla razılaşsın. Biz deyə bilərik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 il gərgin əmək sərf etdiyi sənədin təsdiqinə nail olub. Sənəddə BMT Nizamnaməsi əsas götürülüb. Burada ən önəmli məsələlərdən biri də odur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib”.



Deputat bildirib ki, əvvəldən görüşdə çox ciddi müzakirələrin aparılacağı gözlənilirdi:

“Bu görüş zamanı Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanın bir sıra niyyətləri var idi. Onların Azərbaycana müəyyən təzyiq cəhdləri də istisna olunmurdu. Ancaq bu görüş zamanı onlar məqsədlərinə nail ola bilmədilər. Prezident İlham Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində beş saatdan artıq çəkən, iki hissədən ibarət olan görüşdə Azərbaycana qarşı təzyiq cəhdinin qarşısı alındı. Sonda isə bəyanat qəbul olundu”.

C.Məmmədov qeyd edib ki, Praqa görüşündə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın işinin tezliklə keçirilməsi razılaşdırılıb:

“Bu da Azərbaycanın maraqlarına cavab verir. Çünki uzun müddətdir ki, Azərbaycan tərəfi sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirə aparırdı. Nəhayət ki, bu məqsədə də nail olunub. Azərbaycanın növbəti dəfə diplomatik qələbə qazandığını tam əminliklə söyləyə bilərik. Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmamasına gəldikdə isə onu deyə bilərəm ki, bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənir. Bunun da reallaşması üçün müvafiq addımlar atılır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?