Ərdoğan: “Türkiyə İsveçin NATO-ya üzv olmasına ümid edir, lakin ondan konkret addımlar gözləyir”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin baş naziri Ulf Kristersson ilə Ankarada danışıqlardan sonra deyib.
“Ümid edirik ki, İsveç NATO-ya üzvlüklə bağlı üç ölkənin (Türkiyə, Finlandiya və İsveç - red.) imzaladığı memorandumun şərtlərini yerinə yetirəcək. Ondan münasibətlərimizdə müttəfiqlik ruhuna cavab verəcək konkret addımlar gözləyirik”, - Ərdoğan əlavə edib.