azadses.az » Siyasət » Politoloq: “İran heç vaxt Ermənistanı dəstəkləməyəcək” - MÜSAHİBƏ

Politoloq: “İran heç vaxt Ermənistanı dəstəkləməyəcək” - MÜSAHİBƏ

Cənubi Qafqazdakı vəziyyətin inkişaf yolu, o cümlədən Dağlıq Qarabağ tənzimlənməsi ətrafında hadisələr Yerevanda getdikcə artan narahatlığa səbəb olur. Ermənistanda başa düşürlər ki, baş nazir Nikol Paşinyanın siyasəti sayəsində ölkənin artıq müttəfiqləri yoxdur. Türkiyəyə qarşı Yunanıstanı dəstəkləyən müxtəlif bəyanatlar verilir, hansı ki, Türkiyədə, elə Yunanıstanın özündə də diqqətə alınmır - NATO ölkələri öz məsələlərini Ermənistansız da həll edəcəklər. Ermənistan mediasında Azərbaycan və Türkiyə üçün müəyyən “ərəb yumruğu” haqqında məqalələr oldu. İndi də əsas diqqət İrana yönəlib. Erməni siyasi müşahidəçi Akop Badalyan İranın ballistik raketlərinin son sınaqlarını gözlənilmədən Azərbaycan və Türkiyənin birgə təlimləri ilə əlaqələndirdi. İranın tam əks istiqamətdə - Fars körfəzi bölgəsi və Hörmüz boğazında manevrlər etməsi isə onu narahat etmədi.
Üstəlik, Akop Badalyan düşmənləri sırasına təkcə Türkiyəni deyil, Rusiyanı da daxil edib. Bu ölkə, onun fikrincə, İranı regiondan sıxışdırmaq istəyir. Eyni zamanda, “Moskva və Ankara artıq qarşıdurma rejimindədir”. Bu, necə mümkündür? Bəzi mütəxəssislərin qənaətləri heç də həmişə məntiqə uyğun gəlmir.
Media.Az Rusiya Dövlət İdarəetmə Universitetinin politoloqu və elmi əməkdaşı Fərhad İbrahimovdan yaranmış vəziyyətlə bağlı şərh verməsini istəyib.
- Ermənistan “təcili” müttəfiq axtarır, bu İran ola bilərmi?
- Bu, heç vaxt olmayacaq. Mən bilmirəm, nə baş verməlidir ki, İran Ermənistana tərəf çıxsın. Tehran dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bəyan edib. Mən Ayətullah Əli Xameneyinin 2010-cu ildə verdiyi fətvasını xatırlatmaq istərdim. Orada açıq şəkildə bildirilir ki, Qarabağ müsəlmanların torpağıdır və onun üçün qan tökən hər kəs şəhiddir. Bəlkə də, hüquqi baxımdan bu fətva heç bir şeyə təsir etmir, ancaq İran ruhaniləri və ümumiyyətlə, şiələr üçün bu çox vacibdir. İran İslam Respublikasında 30 milyona yaxın etnik azərbaycanlının yaşadığını unutmamalıyıq. İran Ermənistanı dəstəkləyərsə, ölkə daxilində etirazlar başlayacaq. Tehrana bu lazım deyil. Bundan əlavə, farslar da Ermənistanın İrandan dəstəyini başa düşməzlər. Rəsmi Tehran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək.
- İranda olmusunuz, insanlarla ünsiyyət qurmusunuz. Doğrudanmı, Azərbaycana dəstək bu qədər nəzərə çarpır? Kənardan bəzən hər şeyin belə olmadığı görünür...
- Həm sadə vətəndaşlarla, həm də ekspert cəmiyyətinin nümayəndələri ilə ünsiyyətdə olmuşam. Azərbaycana dəstək birmənalıdır. Ermənistanın ələ keçirdiyi ərazilər işğal kimi tanınır. İran vəziyyəti mükəmməl başa düşür və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq danışıqların dalana dirəndiyi barədə də anlayışlar var, buna görə, İran hərbi üsulu da istisna etmir, axı Azərbaycan torpaqlarını azad etmək hüququna sahibdir. İran beynəlxalq hüquqa, BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə istinad edir.
Yeri gəlmişkən, İranda vasitəçi kimi fəaliyyət göstərmək üçün böyük bir istək var. Belə bir cəhdi (etiraf edək ki, uğursuz olan) biz 1992-ci ildə gördük. O zaman Tehranın vasitəçilik səyləri iflasa uğradı. Ancaq o vaxtdan çox şey dəyişib. Bununla belə, mən düşünmürəm ki, Azərbaycan indi İranın vasitəçi roluna razı olacaq.
- Ermənistan Rusiya və Türkiyəni İranın rəqibi kimi təqdim etməyə çalışır...
- Moskva əmindir ki, Türkiyə Azərbaycanın maraqlarını təmsil və müdafiə edə bilər. İran belə birmənalı mövqe verə bilməz. Ancaq Tehranla, təbii ki, müxtəlif kanallar vasitəsilə Cənubi Qafqazdakı vəziyyətlə bağlı müəyyən danışıqlar aparıla bilər. Əlbəttə, İran öz sərhədlərində baş verənlərlə maraqlanır. Rusiya və Türkiyə çətin ki, İran İslam Respublikasının rəyini qulaqardına vursun. Düşünürəm ki, Moskva və Ankara Tehrana lazımi məlumatları çatdırırlar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib