azadses.az » Siyasət » “Bu qətnamə Fransanın Azərbaycana qarşı qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir” - RƏY + FOTO

“Bu qətnamə Fransanın Azərbaycana qarşı qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir” - RƏY + FOTO

“Bu bədnam qətnamə Fransanın Azərbaycana qarşı, qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, ötən gün Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə Fransanın ermənipərəst mövqeyinin sübutudur:

“Hər nə qədər vasitəçilik təşəbbüsləri göstərən kimi görünmək istəsə də, bu ölkə hər zaman Ermənistanı dəstəkləyib. Senatın qəbul etdiyi qətnamə isə nəinki Ermənistanı dəstəkləməkdir, bütün beynəlxalq hüquq və prinsiplərə ziddir. Başdan-ayağa böhtan və iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmən münasibət var. Azərbaycana Ermənistan torpaqlarından geri çəkilmək, Laçın dəhlizindən çıxmaq kimi çağırışlar, qondarma DQR-in tanınması kimi cəfəng fikirlərdən ibarət bu kağız parçası Fransanın həqiqi simasını göstərir”.



Deputat vurğulayıb ki, qətnamə həm də Azərbaycanın daxili işinə müdaxilədir:

“Qarabağın erməni əhalisinin hüquqları Azərbaycanın daxili məsələsidir. Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanla bağlı belə absurd ittihamlar irəli sürməsi də ironik və gülüncdür. Fransa öz tarixinə nəzər salsın. 50-dən artıq dövlətin ərazisini işğal etmiş bu müstəmləkəçi ölkə işğal etdiyi ölkələrdə yaşayan milyonlarla insanı qətlə yetirib, soyqırımı törədib, həmin əraziləri talan edib”.



Deputatın sözlərinə görə, o qədər də uzaq olmayan qanlı tarixini unudan Fransanın başqalarına humanizm, demokratiya, hüquq dərsi keçməyə haqqı yoxdur:

“Bütün bunlara baxmayaraq, bu ölkənin hələ də vasitəçilik iddiası yumşaq desək, həyasızlıqdır. Fransa bu qətnamə ilə bütün vasitəçilik imkanlarını itirdi. Bu kağız parçasının bir hüquqi qüvvəsi olmasa da, Ermənistandakı revanşistləri və separatçıları cəsarətləndirməyə və məsələnin yenidən hərbi müstəviyə keçməsinə xidmət edir. Halbuki, bu ölkənin prezidenti Emmanuel Makron qətnamə qəbul edilməmişdən əvvəl Azərbaycan Prezidentinə zəng edərək “tərəfsiz vasitəçilikdən”, Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə “töhfə vermək istəyindən” danışmışdı. Bu, bir daha Fransanın Azərbaycana qarşı qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?