Avropa İttifaqının xüsusi nümayəndəsi İrəvandan birbaşa İstanbula yollanıb
- 9-12-2022, 14:22
- Siyasət

Toivo Klaar bu barədə öz “Twitter” hesabında yazıb.
Qeyd olunur ki, T.Klaar Ermənistan rəsmiləri ilə Azərbaycanla mümkün sülh müqaviləsini, Azərbaycanın Qarabağ ərazisində baş verən son hadisələri müzakirə edib.
Lakin Avropa İttifaqının nümayəndəsi Türkiyəyə səfərinin məqsədini açıqlamayıb.