azadses.az » Siyasət » Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının bəyanatı - YENİLƏNİB + CANLI YAYIM

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının bəyanatı - YENİLƏNİB + CANLI YAYIM

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının bəyanatı - YENİLƏNİB + CANLI YAYIM

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.

AZƏRTAC bəyanatı təqdim edir:

“Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı keçirilən dinc etiraz aksiyasının 2022-ci il dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi, müzakirələrin real vəziyyəti əks etdirməməsi ilə bağlı təəssüfümüzü ifadə edirik.

Ermənistan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın bu platformadan birtərəfli şəkildə sui-istifadə etmələri, beynəlxalq ictimaiyyəti çaşdırmaları və çirkin təbliğat aparmaları qəbuledilməzdir. Bu kimi arzuolunmaz cəhdlər regionda davamlı sülhün əldə olunmasına deyil, əksinə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan, Qarabağda olan kriminal işbazlar və bir sıra müharibə cinayətkarları da qəsdən yerli əhalini öz siyasətlərinin girovuna çevirir və onların Azərbaycan tərəfi ilə təmaslarına imkan vermir, süni “humanitar fəlakət” ab-havası yaratmağa çalışırlar.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında tamamilə əsasız şəkildə Ermənistanın Azərbaycanın suveren əraziləri haqqında iddialarla çıxış etməsi qəbuledilməzdir və bu cür yanaşma Təhlükəsizlik Şurasının təməl prinsiplərinə ziddir.

Bir daha bildiririk ki, etiraz aksiyası dinc xarakter daşıyır və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ətraf mühitə bərpa olunması mümkün olmayan zərərin vurulmasına son qoyulması istiqamətində şüarlar səsləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin haqlı narahatlığımızı nəzərə almamasını vətəndaş cəmiyyətinə hörmətsizlik, qərəzli münasibət və selektiv yanaşma kimi dəyərləndiririk.

Təəssüflə vurğulamaq istəyirik ki, dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas qurum kimi BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. BMT Təhlükəsizlik Şurasının ikili standartların girovuna çevrilməsi təəssüf doğurur.

Etiraz aksiyasının keçirildiyi yerdən medianın, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin verdiyi məlumatlardan aydın görünür ki, humanitar yük, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım və digər humanitar nəqliyyat vasitələri sərbəst hərəkət edə bilir və bunun üçün aksiya iştirakçıları tərəfindən hər bir şərait yaradılır. Həmçinin ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin humanitar problemlərinin operativ şəkildə həlli üçün QHT-lər tərəfindən qaynar xətt yaradılıb. Buna görə də, erməni əsilli sakinlərin guya “blokada”ya alınması kimi iddiaların heç bir əsası yoxdur.

Biz aksiya iştirakçıları olaraq Laçın yolunun hərbi məqsədlər üçün istifadə olunmasına, təbii sərvətlərimizin talan edilərək ölkədən çıxarılmasına son qoyulmasını tələb edirik. Laçın-Şuşa-Xankəndi yolu Azərbaycan Respublikasının suveren ərazisidir.

Biz həmçinin Ermənistan hakimiyyətinin, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin erməni əsilli sakinləri təhdid etməsinə, onların Azərbaycana reinteqrasiyasına bütün vasitələrlə mane olmasına qəti etiraz edirik. Biz erməni əsilli sakinlərlə birgə yaşayışa dəvət edirik.

Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar problemləri olduğu halda, onların aradan qaldırılması üçün bütün resurslarımızı səfərbər etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?