azadses.az » Siyasət » Nazir müavini: “Azərbaycanın regionun nəqliyyat və tranzit qovşağına çevrilməsi prioritet məsələdir” - FOTO

Nazir müavini: “Azərbaycanın regionun nəqliyyat və tranzit qovşağına çevrilməsi prioritet məsələdir” - FOTO

Nazir müavini: “Azərbaycanın regionun nəqliyyat və tranzit qovşağına çevrilməsi prioritet məsələdir” - FOTO

Azərbaycanın regionun nəqliyyat və tranzit qovşağına çevrilməsi gündəliyimizdə prioritet məsələdir və son on ildə regionda dayanıqlı nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üçün böyük səylər göstərilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Şanxay Əməkdaşlıq Təşkilatı ilə birgə virtual qaydada “Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri – qarşılıqlı bağlılıq və birgə əməkdaşlıq üçün əsas” adlı konfransda çıxışı zamanı bildirib.

Nazir müavini əlavə edib ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında xüsusi rol oynayır: “Bu gün Azərbaycanda yüklərin istər Şimal, Cənub, istərsə də Şərq, Qərb istiqamətləri üzrə daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Bu gün biz Orta Dəhlizə artan marağı müşahidə edirik. Bu səbəbdən Orta Dəhlizin əsas arteriyalarından biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması üçün Türkiyə və Gürcüstanla birlikdə əlavə səylər göstəririk”.

Nazir müavini çıxışının davamında həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizi haqqında məlumat verib.

Rəhman Hümmətov qeyd edib ki, ən qısa və təhlükəsiz tranzit dəhlizi olan Zəngəzur dəhlizinin tikintisi Çinlə Mərkəzi Asiya ölkələri arasında Avropa istiqamətində nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək və regionun bütün ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.

Çıxışının sonunda regionun nəqliyyat potensialından maksimum istifadə etməyin ümumi məqsəd olduğunu bildirən nazir müavini ölkələrin bir-birini tamamlayan nəqliyyat sistemlərinin davamlı iqtisadi inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi konfransda Avrasiya regionunun sosial-iqtisadi inkişafında nəqliyyat dəhlizlərinin rolu, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər və digər ölkələr arasında nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə Belarus, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rusiya və Türkiyə təmsilçiləri, həmçinin TRASEKA Hökumətlərarası Komissiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının nümayəndələri çıxış ediblər.



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib