Ceyhun Bayramov Qahirəyə getdi
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misirin paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.