Sunak G7 ölkələrini Ukraynanı uzaqmənzilli silah və təyyarələrlə təchiz etməyə çağıracaq
- 25-02-2023, 10:32
- Siyasət
Böyük Britaniyanın Baş naziri Rişi Sunak G7 liderlərini Ukraynanın Rusiya qüvvələrini dayandırmaq qabiliyyətini artırmağa çağırmaq niyyətindədir.
Bu barədə hökumət başçısının ofisindən bəyan edilib.
“G7-nin iclasında baş nazir beynəlxalq tərəfdaşları Ukraynaya Rusiya qüvvələrini münaqişə cəbhəsindən kənarda zəiflətməkdə kömək etməyə çağırmaq niyyətindədir... Baş nazir onların silahlı qüvvələrinin daha uzaqmənzilli silahlarla təchiz edilməsini istəyəcək”, - deyə bəyanatda bildirilir.
Sunakın həmçinin Ukraynaya təyyarə vermək üçün yenidən G7 ölkələrinə müraciət edəcəyi bildirilir. O, Ukraynanın bu müharibədə qalib gəlməsi və bu günü tezləşdirmək üçün döyüş meydanında həlledici üstünlük əldə etməli olduğunu vurğulayacaq.