azadses.az » Siyasət » Elmira Axundova ona böhtan atan jurnalisti bağışladı

Elmira Axundova ona böhtan atan jurnalisti bağışladı

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və onun oğlu Həbib Axundov haqqında həqiqətə uymayan böhtan xarakterli məlumatları yayan bir qrup şəxsin başlatdığı kampaniya məntiqi sonluğa doğru istiqamət alıb.
Dünən, 4 avqust 2020-ci il tarixində, Bakı Apelyasiya Məhkəməsi bu kampaniyanı həyata keçirənlərdən birinin - 81 yaşlı Feyruz Haşimovun Bakının Binəqədi Rayon Məhkəməsinin qərarına qarşı apelyasiya şikayətinə baxılmasını başa çatdırıb.
Bakı Apelyasiya Məhkəməsi F.Həşimovun şikayətini rədd edərək, bir daha onun Elmira Axundova və oğlu barədə böhtan xarakterli yalan məlumat yaydığını təsdiqlədi.
Elmira Axundovanın maraqlarını təmsil edən vəkil Afət Qazıyevanın 1news.az-a verdiyi məlumata əsasən, məhkəmə E.Axundovanın haqlı olduğunu tam təsdiqləsə də, xanım səfir məhkəmənin qərarı ilə F.Həşimovun ona ödəməli olduğu və böhtan nəticəsində vurduğu mənəvi ziyanın kompensasiyası olan 10 min manatı bağışlayıb.
Vəkil E.Axundovanın F.Həşimovun yaşını və məhkəmə çəkişmələrini öz istəyi ilə yox, üçüncü şəxslərin israrı ilə davam etdirməsini nəzərə alaraq, onu bağışladığını bildirib.
Buna baxmayaraq, o, bu insanpərvər addımı təqdir etməyərək, məhkəmənin tələbi olan yalanını təkzib etməkdən imtina edir. Bu, bütün qüvvələri ilə məhkəmə çəkişmələrini uzatmaq və F.Həşimovdan istifadə edərək, Axundovlar ailəsini ləkələmək cəhdlərini davam etdirmək niyyətində olan digər qüvvələrin onun arxasında dayandığını bir daha göstərir. 
Burada Fərman Məmmədov və onun əlaltılarının rəhbərlik etdiyi bir qrup şəxs tərəfindən E.Axundovanın şərəf və ləyaqətini korlamaq məqsədilə yayılan və KİV-lər tərəfindən uzun müddət tirajlanaraq, müxtəlif dövlət orqanlarına böhtan xarakterli məlumatlar göndərməsi ilə başlayan hadisələrin fonunu xatırlatmaq yerinə düşər.
Onların əməlləri lazımi hüquqi qiymət alıb - 31 avqust 2018-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Kamran Əsədovun sədrliyi ilə Elmira Axundova və oğlu Həbib Axundovun iddiası üzrə məhkəmə başa çatıb.
Elmira Axundova öz iddiasında, uzun müddət onun şərəf və ləyaqətini ləkələyən yalan məlumat yayan şəxslərin məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verməsini tələb edirdi. 
Məhkəmənin qərarında Fərman Məmmədovun və tərəfdaşlarının yaydığı məlumatların həqiqətə uyğun olmadığını və yalan olduğunu qeyd olunurdu. 
Məhkəmənin çıxardığı qərara əsasən, Fərman Məmmədov və tərəfdaşları yalan məlumatlarının əvvəlcədən yayımlandığı kütləvi informasiya vasitələrində təkzib verməli idilər.
Bununla yanaşı, məhkəmə Elmira Axundovanın şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına, eləcə də ona dəymiş mənəvi ziyana görə hər birindən 10 min manat məbləğində təzminatın ödənməsi barədə qərar qəbul edib. Eyni zamanda, məhkəmə Həbib Axundovun iddiasını qismən təmin edərək, təqsirləndirilən şəxsləri 50 000 manat cərimə etmişdi.
Daha sonra həm Bakı Apelyasiya Məhkəməsi, həm də Azərbaycan Ali Məhkəməsi bu hökmü qüvvədə saxladı.
F.Həşimov məhkəməyə müraciət edən son şəxsdir və onun şikayətinin baxılaraq rədd edilməsindən sonra Elmira Axundova və oğlu Həbibin haqlılığı bir daha təsdiqləndi. Buna baxmayaraq, gördüyümüz kimi, F.Həşimov və onun kimi insanlar Elmira Axundovanın bu xoş addımını qiymətləndirməyərək, məhkəmənin qərarına əməl etməkdən imtina etdilər.
Bütün məhkəmələrin onun haqlılığını təsdiqləməsinə baxmayaraq, görünən odur ki, Elmira Axundovaya böhtan atmağa çalışan şəxslərin mənəvi səviyyəsini əyani şəkildə nümayiş etdirən iftira kampaniyasını hər cür şəkildə davam etdirmək üçün açıq bir istək var.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib