azadses.az » Siyasət » Qarabağda Rusiyanın əməlləri: Azərbaycanın ata biləcəyi addımlar - ŞƏRH

Qarabağda Rusiyanın əməlləri: Azərbaycanın ata biləcəyi addımlar - ŞƏRH

Qarabağda Rusiyanın əməlləri: Azərbaycanın ata biləcəyi addımlar - ŞƏRH

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 10 Noyabr Bəyanatında təsbit edilən funksiya və mandatından kənara çıxmaqla regionda təhdid mənbələrindən birinə çevrilir.

Qarabağdakı Rusiya ordusunun Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Azərbaycan ərazilərindəki separatçılara qol-qanad verən silah daşınmasına yardımçı olduğu azmış kimi, bu dəfə də terrorçu ünsürlər üçün yol tikintisinə kömək edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatı:

- Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Müdafiə Nazirliyi bəyan edib ki, sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Bəli, sülhməramlı kontingentin xidmət etdiyi zonada baş verənlərin məsuliyyəti Ermənistanla yanaşı, Rusiyanın da üzərinə yüklənir.

Bu yükü qaldırmaq üçün Rusiya siyasi rəhbərliyi, ordu komandanlığı sülhməramlı kontingentin fəaliyyətini 10 Noyabr Bəyanatına uyğun şəkildə qurmaq üçün qərar və əmrlər verməlidir.

Bəyanatdakı müddəalarla sülhməramlı qüvvələrin fəaliyyəti arasındakı tərs mütənasiblik Rusiya Prezidenti Vladimir Putinin də imzasına hörmətsizlikdir.

Hərçənd ki, Rusiyanın qlobal və regional siyasətindəki notlar dəyişməyib, yəni münaqişələrin yaradılması, onların idarə edilməsi, ox yaydan çıxanda isə yeni nəsnələr əlavə edilməsi Moskvanın gündəliyindəki prioritetlərdir.

Azərbaycan Rusiyanın gündəliyindən xəbərdardır, ancaq Bakı Moskva ilə elə bir siyasət aparır ki, Kremlin ambisiyaları neytrallaşsın və əlaqələr qarşılıqlı maraqlara söykənsin.

Açığı, Rusiyanın regiondan əl çəkəcəyini söyləmək primitiv səslənər, çünki Moskva Cənubi Qafqaz platformasını özünün hegemonluq dairəsinin içərisində görmək üçün tarixi istinadlardan yapışır.

Lakin regionun konfiqurasiyasını təyin edən sütunlar dəyişib, Azərbaycanın Qərblə Rusiya arasındakı balanslı siyasəti onun ordu potensialı və müdafiə qüdrətini artırması ilə müşayiət edilir.

Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir və Rusiya Ankaranın regionda böyüyən maraqları ilə hesablaşır.

Düzdür, bəzi məqamlarda Rusiya Türkiyə ilə birgə hərəkət etsə də, ümumilikdə tarixi-siyasi rəqabət konteksti bu iki ölkənin regiondakı rəqiblik hərarətini artırır.

Sülhməramlı kontingentin fəaliyyətindəki səmərəsizlik əmsalı artdıqca, regional əməkdaşlıq axsayacaq və bunun özü daha çox Rusiyanın əleyhinə ox formasını alacaq.

Bu baxımdan Rusiya özünün hərbi-siyasi məkanındakı təxribatları praqmatik ideyalar və addımlarla əvəz etməlidir.

Azərbaycan sülhməramlı qüvvələrin sülhyaratmanın elementi kimi nəzəri funksiyası ilə onun əməli müstəvidəki fəaliyyətini təhlil edib strateji nəticələr çıxarmalıdır.

Hazırda inandırıcı deyil ki, Azərbaycanla Rusiya sülhməramlı qüvvələrin regiondan çıxarılmasını müzakirə etsin.

Ancaq vaxt və zəmin yetişir ki, Bakı Moskvaya sülhməramlıların xidmətindəki təxribatları göstərib, onların vaxtından əvvəl getməsi üçün əməliyyatları gücləndirsin.

Azərbaycan Qarabağda separatçıların zərərsizləşdirilməsi üçün antiterror əməliyyatlarını da gündəmdə saxlayır. Bunu Azərbaycanla Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin 11 və 18-ci maddələri ilə tövsif edərək Moskvanın məsuliyyətini fonunda diqqətdə tuta bilər.

Bu, ikitərəfli razılaşma üçün istinad nöqtəsidir, lakin ən vacibi budur ki, separatçılar və ona ruh verən sülhməramlılar Azərbaycanın Konstitusiya ilə təsbit edilən unitar modelinə təhdid formalaşdırırlar.

Bu təhdidləri aradan qaldırmaq üçün diplomatik-siyasi həmlələr effektiv nəticələr vermədikcə ortaya hərbi-siyasi manevrlər girəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?