azadses.az » Siyasət » Sahil Babayev kimlərin sosial müdafiəsini təşkil edir? - ŞOK DETALLAR

Sahil Babayev kimlərin sosial müdafiəsini təşkil edir? - ŞOK DETALLAR

Deyirlə,r gündə təzə bir söz eşitməsən, qulağın kar olar. Ona görə də mən də aludə olmuşam təzə xəbərlərə. Bu günlərdə oxuduğum bir təzə xəbərsə qulağımı yox, gözlərimi böyütdü. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyir ki, “…250 manatlıq iş təklif edirik, işləmək istəmirlər. 190 manatlıq birdəfəlik yardımdan imtina alan 4500 vətəndaşdan cəmi 21 nəfər ictimai işə razılaşdı. Bu onun göstəricisidir ki, həqiqətən, insanın o məbləğə ehtiyacı yoxdur. Ehtiyacı olan insan əməkhaqqı ilə işləməyə razı olardı…”
Əvvəla onu deyim ki, 190 manatı vətəndaşa ƏƏSMN yox, dövlət verirdi. Özü də təmənnasız. Çox təəssüf ki, Sahil müəllimin çox minli məmur ordusu çətin gündə dövlətin vətəndaşa uzatdığı əli yarı yoldaca bükdü. Bu barədə bir növbəti yazımda daha ətraflı bəhs edəcəm. Amma ilkin olaraq 250 manatlıq ictimai işlə bağlı araşdırmalarımı təqdim etmək istəyirəm.
Belə ki, 2016-cı ilin yanvarından başlayaraq bütün icra strukturlarına göstəriş verildi ki, ən qısa zamanda yerlərdəki işsiz və aztəminatlı vətəndaşların sayının dəqiqləşdirilməsi aparılsın və onlara ən azı minimum əməkhaqqı miqdarında sosial və ictimai işlər təklif edilsin. Çox təəssüf ki, çətin zamanda dövlətin vətəndaşa uzanan əli əksər icra başçıları tərəfindən büküldü. Bir-sıra icra başçıları işsiz və kasıb vətəndaşları siyahıya almaqdansa, özlərinə yaxın, “etibarlı” adamların sənədlərinə topladılar. Ən balaca rayonda 1000 nəfər “işsiz” müəyyən edildi. Bu adamların hər birinə ayda 130 manat əmək haqqı təklif edildi (o zaman minimum əməkhaqqı bu qədər idi).
Təsadüfdən bu siyahıya düşən adamlar sonradan icra başçısının göstərişi ilə kommunal təssərrüfat idarəsinin rəhbərləri tərəfindən süni şəkildə incidilib, bezdirildi. Nəhayət, icra başçılarının siyahısı tam qüvvəyə mindi. Artıq fevral ayından siyahıya alınmış adamların maaş kartları icra başçılarının seyfində idi. Ortalama götürəndə rayonların ümüumi əhalisinə görə hər icra başçısı 1000-3000 min maaş kartı əldə etmiş oldu.
İcra başçısı-məşğulluq mərkəzi-kommunal təsərrüfat idarəsi üçbucağının şərəfsiz əməlləri 2018-ci ilin təxminən sentyabrına qədər davam etdi.
Beləliklə, bir-çox icra başçıları yetim-yesirin qanına girərək ayda ən azı 130 min manat dövlət vəsaitini mənimsəmiş oldu. İcra başçılarının bu bədnam əməlləri 2018-ci ildə işdən çıxarılan bir icra başçısının seyfindən 2500-dən artıq maaş kartının çıxması ilə üzə çıxdı.
Buna görən dövlət başçısı çıxış yolu kimi 2018-ci ilin dekabrın 10-da ƏƏSMN nəzdində DOST Agentliyinin yaradılması barədə fərman imzaladı. Artıq 2019-cu ilin yanvarından əvvəlki kartlar bütünlüklə ləgv edildi. Nazirliyin yerli məşğulluq mərkəzləri yenidən müraciətlər əsasında yeni siyahı tətbiq etdi.
Amma yenə də şəffaflıq təmin olunmadı, Prezidentin yeni qurum qarşısında qoyduğu vəzifələr bir kənara atıldı. Bunun da konkret səbəbi var idi. Ona görə ki, bir-çox icra başçıları yağlı tikənin əllərindən çıxması ilə barışmadı və yerli məşgulluq mərkəzləri ilə təzyiq və şirniklədirmə dili ilə danışmağa başladılar.
Çünki məşğulluq mərkəzlərinin rəhbərlərinin təyinatını Nazirlik aparsa da, yerli icra başçılarının təqdimatı da təyinatda az əhəmiyyət kəsb eləmir. Ona görə də məşğulluq mərkəzlərinin rəhbərləri obyektiv və subyektiv səbəblərdən kompromisə getmək məcburiyyətində qaldılar.
Hələ onu demirik ki,məşğulluq mərkəzlərindəki insanlar da Azəbaycan gerçəkliyində yaşayır.Yəni pulun çox mətləblərin həll yolu olmasını onlar da çox yaxşı bilirlər.
Nəhayət bu ilin birinci rübündən başlayaraq dövlət başçısının göstərişinə əsasən ictimai iş yerlərinin sayı 90 minə qaldırıldı. Amma bununla belə yenə də kasıb-kusub kənarda qaldı.
Dövlətin vəsaiti məmurların cibinə axmaqda davam edir. Ola bilsin ki, hörmətli Sahil müəllimin hansısa özündən razı məmuru mənim fikilrərimə etiraz etsin, razılaşmasın. Onda buyursun, gəlsin mən onlara şəxsi məlumatlarımı və faktlarımı təqdim edim. Amma bildiyim faktların bir qismini dəyərli oxucularımıza təqdim etmək istəyirəm.
Belə ki, hazırda 90 min nəfərlik ictimai işlərinin dislokasiyasını ƏƏSMN–nın yerli qurumları hazırlayır. Lakin ictimai işçilərə nəzarəti yenə də yerli icra strukturları aparır. Doğrudur, indi daha əvvəlki kimi açıq bazar deyil. Bütün proseslər qapalı və ehtiyatla aparılır. Hazırda mənim çevrəmdə ictimai işlərə cəlb olunan xeyli insan var. Onlarla söhbətimdən sonra mən də bu prosesə qoşuldum.Yaşadığım ərazi üzrə ictimai işləri “JEK” təşkil edir. Mən də hamı kimi vəsiqəmin surətini “JEK” –in işçisinə təqdim etdim. Lakin heç bir əsas göstərilmədən mənim ictimai işlərdə işləmək arzuma ƏƏSMN “STOP” dedi. Amma mənimlə birgə sənəd verənlərin bir qismi şad xəbər aldılar.
Lakin onların sevinci də uzun sürmədi. Sənədinə “dobro” verilən tanışlarım “JEK”-in işçiləri tərəfindən “verbovka” olundu. Onlara maaş kartları verildi və təklif olundu ki, may ayında işə gəlmirsiniz, amma 250 manatı alanda onun 150 manatını geri verirsiniz. Təbii ki, tanışlarım razılmaşmaq məcburiyyətində qaldılar. Amma iyun ayında dəngələr yenidən dəyişdi.Tanışlarıma deyildi ki, bu aydan 250 manatın 50-i sizindiir, 200-nü isə geri verməlisiniz…
Hə bax belə, əziz oxucu? Bu da sizə 250 manatlıq şirin nağılın acı sonluğu…
… Hə, bir də onu deyim ki, əslində  bir ay 250 manata işləməyin özü də zordur. Niyəsini də deyim. Mən də bəziləri kimi oturub hesabladım. Əgər mən ictimai işlərdə çalışsaydım, ən azı gündə 1 manat yola, 3-4 manat da nahara xərcləmək məcburiyyətində qalacaqdım. Ayda 25 gün işə getsəm, bu da edəcəkdi 125 manat. Deməli ƏƏSMN verdiyi puldan mənə qalacaqdı cəmi 125 manat.125 manat isə ancaq quru çörəyə bəs edir. Onda mən hörmətli Sahil müəllimdən soruşuram, 125 manat alan adam bəyəm ət yeməli deyil? Hələ ailə üzvlərinin əyin-başını demirəm.  Ona görə də 250 manat sosial müdafiə deyil, sosial dəstəkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi isə adından da göründüyü kimi əhalinin sosial müdafiəsini təşkil etməkdir. Bəs onda Nazirlik niyə əhalinin müdafiəsini təşkil etmir???…
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?