Sabah deputatların son iclası ola bilər YENİLƏNİB
- 2-12-2019, 14:20
- Siyasət
99 deputat prezidentə müraciəti dəstəklədi
Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.
Beləliklə, "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib.
Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, dekabrın 3-də keçiriləcək plenar iclası V çağırış üçün sonuncu iclası ola bilər.
Saat 08:30
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Iclasın gündəliyinə yalnız bir məsələ daxildir.
Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.