azadses.az » Siyasət » Həsənov qardaşlarını nə gözləyir?

Həsənov qardaşlarını nə gözləyir?

Bir neçə gün öncə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
 
Dövlət başçısının digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Daha bir sərəncam ilə F.Quliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
 
Qeyd edək ki, Dursun Həsənov Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır.  1994-cü ildən diplomatik sahədə çalışan Dursun Həsənov 2016-cı ildən bu vəzifədə idi. Dursun Həsənov 1994-2004-cü illərdə Xarici İşlər Nazırliyində (XİN), 2004-2006-cı illərdə Azərbaycanın İstanbuldakı konsulu,  2006-2009-cu illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulu, 2009-2010-cu illərdə XİN-də müşavir,  2010-2015-ci illərdə Azərbaycanın Türkiyədəki səfirliyində müşaviri, 2015-2016-cı illərdə isə Azərbaycanın Gürcüstandakı səfirliyində səfir müavini vəzifələrində işləyib.
 
Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) XİN-də keçirdiyi xüsusi əməliyyatdan sonra hakimiyyət diplomatik sahədə “təmizləmələr”ə başlayıb. Yeri gəlmişkən, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Ramiz Həsənov da DTX-də XİN-in vəzifəli şəxsləri barədə başlanmış cinayət işinin istintaqına cəlb edilib. Lakin o, sonradan açıqlama verərək məlumatın həqiqətə uyğun olmadığını bildirib.
 
Ehtimal edilir ki, qardaşı Dursun Həsənovun səfir vəzifəsindən geri çağırılmasından sonra Ramiz Həsənovun da karyerasına son qoyula bilər.
 
Bəzi ehtimallara görə, Dursun Həsənovun işdən çıxarılması silah qalmaqalı ilə bağlıdır. Söhbət Serbiyanın Gürcüstan üzərindən Ermənistana silah satmasından gedir. Bu arada qeyd edək ki, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov həbs olunub.
 
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı Asim Mollazadə vurğuladı ki, nazirlikdə baş verən hüquq pozuntuları ilə bağlı araşdırma aparılır: “Azərbaycan qanunvericiliyində nəzərdə tutulur ki, səfirlik səlahiyyətinin vaxtının uzadılması ilə bağlı prezidentin xüsusi qərarı olmasa, hər 5 ildən bir səfirlər rotasiya olunmalıdır. Diplomatik xidmət haqqında qanunda hər bir diplomatın iş müddəti müəyyənləşdirilir, buna uyğun olaraq həmin şəxslər rotasiya olunmalıdır. Müəyyən müddət xaricdə çalışan Azərbaycan diplomatı mərkəzdə də işləməlidir ki, nazirliklə əlaqələr uzun müddət ayrılmasın. İndi araşdırmalar gedir, Xarici İşlər Nazirliyində bir çox xoşagəlməz faktlar müəyyənləşdirilib. Ona görə də bu işlər davam etdirilməlidir. Həm də rotasiya prinsipinə uyğun olaraq verilən müddət bitəndən sonra ya başqa ölkəyə getməli, ya da vətənə qayıtmalıdırlar”.
 
İki qardaşın eyni dövlət strukturunda oxşar vəzifələr tutmasının qanunvericilikdə necə nəzərdə tutulmasına gəlincə, Asim Mollazadə bildirdi ki, əgər onlar bilavasitə bir-birinin tabeliyində deyillərsə, mümkündür və hər hansı məhdudiyyət yoxdur.
 
Hüquqşünas Əkrəm  Həsənov da açıqlamasında bildirdi ki, qanunla belə bir qadağa yoxdur ki, iki qardaş eyni strukturda  işləyə bilməz: “Bizdə Xarici İşlər Nazirliyində nəinki qardaşlar, o cümlədən ər və arvad eyni strukturda işləyir. Rəhbər vəzifədə olmasa da, ər bir ölkənin, arvad başqa ölkənin səfirliyindədir. Bu, prinsipcə qanuna zidd deyil, ancaq qanunvericilikdə belə məhdudiyyətlərin nəzərdə tutulması məqsədəuyğun olardı”.
 
Ə.Həsənovun sözlərinə görə, xaricdə Azərbaycanın maraqlarını təmsil edən şəxslərin hüquq pozuntularına yol verməsi, saxlanılması çox neqativ haldır: “Xarici işlər nazirinin işdən kənarlaşdırılması, Eldar Həsənovla bağlı baş verənlər, digər səfirlərimiz haqqında da söz-söhbətin olması təkcə daxili məsələ deyil, xaricilər də bunu izləyirlər. Diplomatlar ölkəni xaricdə təmsil edənlərdir. Bizim haqqımızda belə bir fikir formalaşa bilər ki, bir ölkənin xarici işlər naziri, səfirləri bu vəziyyətdədir. Xarici işlər naziri ən çox səfər etməli olan, kabinetdə oturmağa vaxtı olmayan şəxsdir. Əgər o ”evdən işləyirəm" deyirsə, digərlərindən nə gözləmək olar? Xaricdəki səfirlərin korrupsiyaya qurşanması ölkəmizin imici üçün çox pisdir. Dövlət rəhbərliyi də bunu başa düşür. Görün vəziyyət nə yerdədir ki, artıq bu məsələlər ictimailəşib. Müsbət bir hal odur ki, bu hadisələr ictimailəşdi, ört-basdır etmədilər. Amma istənilən halda xaricdəki imicimiz üçün çox pis haldır".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib