azadses.az » Siyasət » Samir Rzayev: "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır"

Samir Rzayev: "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır"

“Azərbaycan Hava Yolları” QSC (AZAL) hazırda genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır.

"Report" xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025”də deyib.

Onun sözlərinə görə, bu sənəd dayanıqlı infrastruktur, ağıllı hava limanı, bərpa olunan enerji həlləri, "yaşıl maliyyə" və şəffaf emissiya hesabatlılığına əsaslanır: "Yanaşmamız məlumatlara əsaslanan, sistematik və həm makro, həm də mezo səviyyəli təhlillərlə formalaşır. 2021-ci ildən etibarən AZAL Dayanıqlılıq Hesabatları dərc edir. Bunun ardınca biz indi 2024-cü il üçün daha ətraflı, məlumat yönümlü və tam emissiya qiymətləndirmələrini əhatə edən Dayanıqlılıq Hesabatını hazırlayırıq. Bu addım dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, enerji keçidi və ESG hesabatlılığı istiqamətində öhdəliklərimizi daha da möhkəmləndirəcək".

O qeyd edib ki, AZAL Dayanıqlı Aviasiya Yanacağı (SAF) sahəsini əsas dekarbonizasiya istiqaməti kimi qiymətləndirir: "Qlobal SAF bazarları hələ formalaşma mərhələsində olsa da, AZAL "RefuelEU" təşəbbüsünə uyğunlaşır və hazırda region daxilində SAF istehsalı və təchizatı potensialını qiymətləndirir. Məqsədimiz SAF geniş istifadəyə veriləndə, infrastrukturumuz və tənzimləyici mühitin buna tam hazır olmasıdır. Bu transformasiyanı maliyyələşdirmək üçün biz maliyyə qurumları və inkişaf tərəfdaşları ilə fəal əməkdaşlıq edirik. "Yaşıl maliyyələşmə" mexanizmləri, o cümlədən dayanıqlılıqla əlaqəli istiqrazlar və dövlət-özəl tərəfdaşlıq çərçivələri vasitəsilə təmiz enerji layihələrini və uzunmüddətli iqlim ağıllı investisiyaları təşviq edirik".

S.Rzayev əlavə edib ki, bu səylər əməliyyat və ekoloji hədəflərə çatmaq üçün dəqiq yol xəritəsi əsasında həyata keçirilir: "Torpaq əməliyyatlarının elektrikləşdirilməsi, hava limanlarımızda bərpa olunan enerji mənbələrinin tətbiqi və enerji səmərəliliyini artıran rəqəmsal sistemlərin inteqrasiyası prioritet istiqamətlərimizdir. Enerji sahəsinə yönəlmiş təşəbbüslərlə yanaşı, biomüxtəliflik və ekosistemlərin qorunması da strategiyamızın əsas hissəsidir. AZAL hava limanı ərazilərində və ətrafında 90 minə yaxın ağac və geniş yaşıllıq sahələrini qoruyur. Bu, təbii yaşayış mühitlərinin və ekoloji balansın qorunmasına verdiyimiz əhəmiyyətin göstəricisidir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  2. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  3. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  4. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  5. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  6. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  7. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  8. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  9. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
  10. Bəzi çaylarda sululuq artıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçirəcək. Bu barədə "Report"a DİM-dən məlumat Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib