Rəvan Həsənov: İslamofobiya getdikcə daha geniş yayılan ayrı-seçkilik formasına çevrilir
- 26-05-2025, 16:31
- Siyasət
İslamofobiya bir çox qərb cəmiyyətlərində getdikcə daha geniş yayılan ayrı-seçkilik formasına çevrilir.
"Report" xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, islamofobiya nifrətə təhrik, təcrid siyasəti və hətta zorakılıq aktlarında özünü göstərir.
"Biz konfransda sadəcə 15 mart - islamofobiyaya qarşı mübarizə gününü qeyd etmək üçün deyil, həm də ümumi öhdəliyi təsdiqləmək üçün toplaşdıq: bütün insanların ləyaqətini, hüquqlarını dini inanclarından asılı olmayaraq qorumaq. İslamofobiya, bütün fanatizm formaları kimi, sadəcə sosial şər deyil, bu ciddi əxlaqi iflasdir, həqiqətin təhrifi və dəyərlərimizə xəyanətdir. Təəssüf ki, bir çox qərb cəmiyyətlərində bu ayrı-seçkilik forması getdikcə daha geniş yayılır ki, bu da nifrət təhrik, təcrid siyasətində və hətta zorakılıq aktlarında öz əksini tapır", - o qeyd edib.
R.Həsənov vurğulayıb ki, xüsusi narahatlıq doğuran Fransadakı vəziyyətdir, burada müsəlman icmaları tez-tez ictimai çıxışlarda sekularizm şüarı altında stiqmatizmə məruz qalır.
İcraçı direktor, həmçinin Bakıda keçirilən beynəlxalq konfransdan bütün dinlərin nümayəndələrinin inteqrasiyasına, qarşılıqlı anlaşmasına kömək edən konstruktiv əməkdaşlığın qurulması üçün istifadə etməyə çağırıb.