azadses.az » Siyasət » Hesablama Palatası: Dövlət borcunun ÜDM-ə nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş həddə olub

Hesablama Palatası: Dövlət borcunun ÜDM-ə nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş həddə olub

2024-cü ildə Azərbaycanda büdcə qaydasının komponenti olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş hədd daxilində olub və əvvəlki illə müqayisədə azalıb.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Ölkə Prezidentinin “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli fərmanına əsasən dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30 % müəyyənləşdirilib.

Hesabat dövründə büdcə qaydasının ikinci komponenti olan dövlət borcunun ÜDM-ə nisbətinə də riayət edilib, 2024-cü il üzrə dövlət borcunun ümumi məbləği 27 milyard 380,2 milyon manat olmaqla ÜDM-ə nisbətdə 21,7 % təşkil edib. Bu, müəyyən edilmiş hədəf göstəricisindən 8,3 faiz bəndi, əvvəlki illə müqayisədə isə 0,1 faiz bəndi azdır.

Müvafiq göstəricinin əvvəlki illə müqayisədə azalması ÜDM-in artımı ilə (3 milyard 208,6 milyon manat) əlaqəli olub, dövlət borcunun məbləğində isə 529,8 milyon manat artım izlənib. ÜDM-dəki nominal artım tamamilə qeyri neft-qaz sahəsindən, dövlət borcundakı artım isə daxili dövlət borcundan (daha dəqiq desək daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından) formalaşıb. Hesabat ilində xarici dövlət borcu 2 milyard 263,5 milyon manat azalıb.

2024-cü ildə dövlət büdcəsinə yenidən baxılma zamanı proqnozlaşdırılan göstəricilər əsasında hesablanmış dövlət borcunun ÜDM-ə nisbət göstəricisindən müvafiq ildə qeydə alınan fakt göstəricisi 1,5 faiz bəndi azdır ki, bu da həm ÜDM-in məbləğinin proqnozdan artıq olması, həm də dövlət borcunun həcminin 2025-2028-ci illər üzrə Ortamüddətli Xərclər Çərçivəsində 2024-cü il üçün nəzərdə tutulmuş məbləğdən az olması ilə əlaqədardır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artıb
  2. Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
  3. İki gün ərzində vətəndaşların bank kartlarından 12 min manata yaxın pul oğurlanıb
  4. Qobustanda iki maşın toqquşub, xəsarət alan var
  5. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  6. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  7. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  8. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  9. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  10. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib