azadses.az » Siyasət » “Partlayışdan sonra Livandakı erməni ailələri Şuşada məskunlaşdırılır”

“Partlayışdan sonra Livandakı erməni ailələri Şuşada məskunlaşdırılır”

“Təəssüf ki, Ermənistan yenə də öz təxribat xarakterli əməllərindən əl çəkmir və provakativ addımlarını müxtəlif tərzdə həyata keçirir. Onlar insan faciəsindən belə istifadə edirlər”.
Bunu “Qafqazinfo”ya açıqlamasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Dağlıq Qarabağda Livandan köçürülən erməni ailələrinin qanunsuz yerləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib. 
S. Seyidov xatırladıb ki, bir müddət əvvəl Livanda partlayış nəticəsində xeyli insan xəsarət alıb: “Ermənistan bundan istifadə edərək erməni ailələrinin Dağlıq Qarabağda, hətta Şuşada məskunlaşmasıyla bağlı fəaliyyətə başlayıb. Bu sadəcə beynəlxalq qanuna zidd olan məsələ deyil, eyni zamanda beynəlxalq cinayətdir.  Ona görə ki işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma prosesi aparmaq beynəlxalq Cinayət Məcəlləsinə daxil olan məsələ kimi qiymətləndirilməlidir. Bununla bağlı beynəlxalq təşkilatların tövsiyələri, o cümlədən qətnamələri var.  Avropa Şurasının, Avropa Parlamentinin, Birləşmiş Millətlər Təşkilatı, o cümlədən ATƏT-in Minsk qrupu da bununla bağlı mövqeyini bildirməlidir. Əgər deyilənlər reallıqdısa, yəni Şuşada erməni ailələri qanunsuz məskunlaşdırılırsa, bu, birbaşa növbəti provakasiyadır və sülh prosesinə ciddi təsir edir. Yox, əgər bu məlumatlar yanlış informasiyalardırsa, o zaman bu, yenə  provakasiya kimi qiymətləndirilməlidir. Ona görə ki, iyul hadisəsindən sonra Ermənistan vəziyyəti yenə də gərginləşdirmək istəyir və məqsədlərindən əl çəkmir. Baxmayaraq ki, bütün beynəlxalq təşkilatlar onları bu təxribatlarından çəkindirməyə çalışır. Bununla əlaqədar parlamentin beynəlxalq əlaqələr komitəsi olaraq beynəlxalq təşkilatlara müraciətlər edəcəyik. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Amerika- Azərbaycan Dostluq qrupunun  rəhbəri kimi Amerikadan olan həmsədrə də bir məktub göndərəcəyik ki, məsələyə münasibətlərini bildirsinlər. Ermənistanı növbəti təxribatlardan, qeyri-qanuni, cinayət tərkibli fəaliyyətdən çəkindirsinlər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib