"Ermənistan Azərbaycanın gücünü bir daha gördü” - Hikmət Hacıyev
- 7-09-2020, 17:03
- Siyasət

''Azad Səs'' HİT.Az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin nüfuzlu “Haber Global” telekanalında çıxışı zamanı bildirib.
Hazırda Ermənistanda hökm sürən iqtisadi böhranın koronavirus pandemiyası dövründə daha da kəskinləşdiyini deyən Hikmət Hacıyev bildirib ki, istər Aprel döyüşləri, istərsə də Tovuz istiqamətində törədilmiş təxribat zamanı bütün dünya, o cümlədən Ermənistan Azərbaycanın gücünü bir daha gördü.