azadses.az » Siyasət » Kamran Əliyev “Amnesty İnternational”ın baş katibinə müraciət ünvanladı

Kamran Əliyev “Amnesty İnternational”ın baş katibinə müraciət ünvanladı

Baş prokuror Kamran Əliyev “Amnesty İnternational” təşkilatının baş katibi xanım Julie Verhara rəsmi müraciət ünvanlayıb. 
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müraciətə səbəb “Amnesty İnternational” təşkilatının veb-saytında 5 oktyabr 2020-ci il tarixdə “Ermənistan - Azərbaycan: mülki şəxslər qadağan edilmiş “claster” bombaların istifadəsindən qorunmalıdır” adlı dərc edilmiş məqalədə bir sıra faktların təhrif edilməsi olub.
Müraciətdə qeyd edilib ki, 27 sentyabr tarixdən etibarən Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribat həyata keçirərək bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və mövqelərini atəşə tutub, nəticədə mülki insanlar və hərbi qulluqçularımız arasında ölən və yaralananlar var,  dinc mülki əhalinin kompakt yaşadığı məntəqələr,  mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb müəssisələri, məktəb binaları və uşaq bağçaları qəsdən hədəfə alınır, bu da bir daha Ermənistan rəhbərliyinin dövlət səviyyəsindəki terror siyasətinə sadiq olduğunu göstərir.
Diqqətə çatdırılmışdır ki, 27.09.2020-ci il tarixdən başlayan erməni terroru nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər  müxtəlif dərəcəli bədən xəsarətləri almış, çoxsaylı yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Ermənistanın hərbi-siyası rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulmaqla, döyüş bölgəsindən xeyli uzaqda yerləşən müxtəlif şəhər və rayonlarımızda dinc mülki əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulub. Belə ki, 500 mindən artıq əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, strateji əhəmiyyət daşıyan sənaye şəhəri Mingəçevir, habelə Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər rayonlar istifadəsi qadağan edilmiş raket və qurğulardan  atəşə tutulub.
04.10.2020-ci il tarixdə Ermənistan tərəfindən növbəti təxribat törədilərək döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən Xızı və Abşeron rayonlarına iki ortamənzilli raket atılıb.
Qeyd edilmişdir ki, mütəxəssislərimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin mülki və strateji obyektlər də daxil olmaqla bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş yüksək dağıdıcı qüvvəyə malik “claster” bombalarından və “Smerch” raketlərindən istifadə etməsi müəyyən edilmişdir. Bunu sübut edən foto və videolar da müraciətə əlavə edilib.
Bu məlumatlar “Amnesty İnternational” təşkilatının rəhbərinin diqqətinə çatdırılmaqla rəsmi veb-saytda yerləşdirilməsi və bu həssas məsələdə obyektiv və qərəzsiz mövqe tutulması xahiş edilib. 

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?