azadses.az » Siyasət » “Atəşkəsin elan olunması xalqı ruhdan salmamalıdır”

“Atəşkəsin elan olunması xalqı ruhdan salmamalıdır”

“Mən fərqindəyəm ki, hərbi əməliyyatlar başlandığı gündən atəşkəs elan olunan ana qədər sərgilənən sərt mövqe və dünən humanitar məqsədlərlə bağlı atəşkəsin elan olunması bəzi insanlar tərəfindən düzgün başa düşülmür,onların bir çoxunda xəyal qırıqlığı yaratmışdır. Ancaq siyasətçilərin borcu nə baş verdiyini hər bir Azərbaycan vətəndaşına çatdırmaqdır”.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev qeyd edib.  O, bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətindən Ermənistanın həyata keçirdiyi hərbi təxribat nəticəsində general Polad Həşimov və bir neçə yüksək rütbəli zabitimizin həlak olduğunu xatırladıb:
“O zaman da cəmiyyətdə oxşar bir ruh düşkünlüyü yarandı. İnsanlar çox pərişan oldular və kədərləndilər ki, niyə biz ermənilərə daha ağır zərbə vurmadıq, irəli getmədik və s.  Həmin dövrdə mən mətbuata verdiyim açıqlamada söyləmişdim ki, ruh düşkünlüyünə əsas yoxdur, siz Azərbaycan Prezidentinə güvənin və onu müdafiə edin.  Hər addımın zamanı çatmalıdır. Vaxtilə Prezident söyləyirdi ki, bizim əks-hücumlarımız üçün beynəlxalq şərait yaranmalıdır, biz daha güclü olmalıyıq və o zaman torpaqlarımızı işğaldan azad edəcəyik. Düşünürəm ki, əks-hücum üçün əlverişli bir şərait yarandığı üçün  Azərbaycan Prezidenti, Ali Baş Komandan bundan istifadə edərək torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücum  əmrini verdi”.
BAXCP sədri qeyd edib ki, atəşkəsin elan olunmasıyla bağlı əldə olunan razılıq xalqı ruhdan salmamalıdır:  “Biz dünyanın kiçik bir hissəsiyik, burada  dünyanın siyasi xəritəsini cızan böyük güclər var. Azərbaycanın işi haqq işidir, biz torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparırıq. Döyüşlər bizim torpaqlarımızda aparılır. Bizim şəhərlərimiz, kəndlərimiz kimin yaşamasından aslılı olmayaraq dağıdılır. Düşmən tərəf bizə alternativ yol tanımayıb. Əlbəttə ki, düşmənin arxasında duran böyük güclər var. Bunun nəticəsidir ki,  30 ilə yaxındır torpaqlarımız işğal altında saxlanılıb. İndi  biz çalışmalıyıq ki, diplomatik müstəvidə  uduzmayaq.Ermənistan bizə qarşı koalisiya yara bilməsin.Biz belə bir şansı və bəhanəni onlara verməməliyik.Bu addımla bir daha dünyaya göstərdik ki, biz sülhpərvər xalqıq və münaqişənin sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, humanitar məqsədlərlə bağlı atəşkəsin elan olunması imkan verəcək ki, biz  döyüş meydanında qalmış şəhidlərimizi  götürüb onları hörmətlə dəfn edək. Döyüşləri müzakirə edib, ordumuzu yeni qələbələrə hazırlayaq.Atəşkəs  o demək deyil ki,biz hərbi yolla torpaqlarımızı azad etmək hüququmuzdan  imtina edirik. 
Əgər Ermənistan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılaşmasa , Azərbaycanın hərbi  əməliyyatları davam etdirməkdən başqa yolu qalmayacaq.Bu bizim tək şərtimiz olmalıdır.Onu da əminliklə deyə bilərəm ki, Ermənistanda artıq çoxları başa düşüb ki,Qarabağ onlara vətən yox,məzar olacaq.Onların inadkarlığı Dağlıq Qarabağda normal və sakit həyatı yox edəcək , onlar daim ölüm qorxusu altında yaşayacaq ki,bu da ermənilərin bölgədən köçünü şərtləndirəcəkdir.  Beynəlxalq birlik və ermənipərəst xarici dairələr  də anladı ki,xalqımız işğalla heç vaxt barışmayacaq.  Biz qeyd etdiyim tək şərtimizi düşmənə qəbul etdirməliyik, bu bizim üçün də son şansdır. Bu şərtsiz heç bir sənəd imzalanmamalıdır.Bilmək olmaz ki, bir də daha neçə ildən sonra belə bir imkan yaranacaq, ya yox. Həm də  atəşkəs bizə ona görə lazımdır ki, cəbhədə olan əsgərlərimiz dincəlsin,onları silah, sursatla təmin edək, yeni döyüşlərə hazırlayaq.  Düzdür, düşmən də bundan istifadə edəcək, amma  Ali Baş Komandan real vəziyyətin nədən ibarət olduğunu hər kəsdən daha yaxşı bilir. 
Q. Həsənquliyev xalqı ruhdan düşməməyə və Ali Baş Komandanımıza inanmağa çağırıb: “Düşmən çalışacaq ki, əhalimiz, əsgərlərimiz arasında ruh düşkünlüyü yaratsın. Bizim içərimizdə satqınlar var ki, neçə illərdir xarici dövlətlərin, ermənipərəst dairələrin maliyyəsi ilə yaşayırlar. Həmin insanların uşaqları, ətrafları Paşınyanın həyat yoldaşı olan Anna Akopyanın təşəbbüsü ilə sülhə çağırış bəyanatını imzalayıblar. Bu da onu göstərir ki, həmin qüvvələr Azərbaycan xalqına, dövlətinə, Prezidentinə qarşı dayanıblar. Həmin qüvvələr atəşkəsin əldə olunmasından da sui-istifadə edib vətəndaşlarımız arasında ruh düşkünlüyü, qarşıdurma yaratmaqda maraqlı olacaqlar. Qətiyyən buna getmək və imkan vermək  olmaz. Hesab edirəm ki, xalqımız qələbəyə inamını itirməməlidir. Mən əminəm ki, bu sadəcə müharibə qanunlarına  uyğun atılan bir addımdır. Bu məsələdə Azərbaycan Prezidenti ,qardaş Türkiyənin prezidenti, xarici işlər naziri, müdafiə naziri, parlamentin sədri dünya miqyasında öz nüfuzlarını açıq şəkildə ortaya qoyublar.
Ona görə mən əminəm ki, Azərbaycan bu müharibədən alnıaçıq, qələbə ilə çıxacaq. Torpaqlarımız üzərində öz suveren hüquqlarımızı bərpa edəcəyik. Sadəcə  müharibə təkcə döyüş meydanında getmir, həm də diplomatik meydanda aparılır. Bəzən bir addım geri çəkilmək, daha çevik siyasət yürütmək lazımdır ki, düşmənlərin birləşməsinə, öz ətraflarında koalisiya yaratmalarına imkan verməyək. Beynəlxalq ictimaiyyət qarşısında haqlı olduğumuz halda haqsız görünməyək. Bunlar çox önəmli məsələlərdir. Qələbənin tək bir yolu ondan ibarətdir ki, biz qələbəyə, Ali Baş Komandana inamımızı itirməyək. Həm döyüş, həm diplomatik meydanında hansısa taktiki əməliyyatlar həyata keçirmək üçün yeri gələrsə geri çəkilə bilərik, amma bu mövqelərin itirilməsi demək deyil. Döyüş vaxtı sərt ritorikanın olmasını da təbii qəbul etmək lazımdır. Əminəm ki, bu dəfə biz Ermənistanın boğazını əlimizdən buraxmayacağıq və onu Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edəcəyik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?