Şuşa tezliklə azad ediləcək - AÇIQLAMA
- 30-10-2020, 12:47
- Siyasət

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.
Q.İbadoğlu qeyd edib ki, hərbi-strateji əhəmiyyəti ilə bütün dövrlərin məğlubedilməz qalasına çevrilmiş Şuşa 28 ildir ki, igidləri gözləyir: "İnanıram ki, tezliklə müzəffər ordumuz Şuşanı da yağılardan azad edəcək, evimizə qayıdacagıq. Qarabağ məbədgahımıza, Şuşa Məkkəyə, Xankəndi də Mədinəyə çevriləcək, buralar hər bir Azərbaycanlının ziyarətgahı və istirahət yeri olacaq".