Erməni təcavüzü nəticəsində 50 məktəbə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşdü
- 3-11-2020, 16:08
- Siyasət

''Azad Səs'' xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.
Ümumilikdə dağıtılara məruz qalan ümumtəhsil müəssisələrindən 14-ü Ağdam, 14-ü Tərtər, 8-i Gəncə, 5-i Füzuli, 3-ü Kəlbəcər, 3-ü Goranboy, 1-i Bərdə, 1-i Ağcabədi, 1-i Goranboy məktəbləridir.