Ermənilər daha bir evə mərmi atdı - Foto
Ermənistan silahlı bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu dəfə rayonun Əskipara kəndində Əziz Səfərova məxsus evin həyətinə mərmi düşüb.
Nəticədə 1000-dən çox ot bağlaması yanıb, tövləyə ziyan dəyib.